Modern.az

“Xüsusi təyinatlılarımızın məhv edilməsi barədə məlumat xülyadır” - Müdafiə Nazirliyi

“Xüsusi təyinatlılarımızın məhv edilməsi barədə məlumat xülyadır” - Müdafiə Nazirliyi

Aktual

23 Oktyabr 2020, 21:48

Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur.

 

Bu barədə Modern.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.


"Düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir.
Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib.


Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq", - deyə Nazirlikdən bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır