Modern.az

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu da Xankəndinə göndərilib

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu da Xankəndinə göndərilib

15 Noyabr 2020, 23:48

Rusiya Fövqəladə Hallar Nazirliyinin bir əməliyyat qrupu Xankəndində yaradılan İdarələrarası Humanitar Müdaxilə Mərkəzinin tərkibinə daxil olacaq.

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

"Yaxın gələcəkdə Mərkəzin qruplaşması o cümlədən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin qüvvələri və vasitələri, Rusiya Federasiyasının digər federal icra orqanlarının nümayəndələri hesabına həyata keçiriləcək", -deyə xəbərdə bildirlib.

Qrupun Dağlıq Qarabağa qayıdacaq köçkünlərin təhlükəsizliyini təmin etdiyi bildirilir.

Noyabrın 14-də Laçın dəhlizi vasitəsilə Ermənistandan 9 avtobus (250 nəfər), noyabrın 15-də 19 avtobus (475 nəfər) erməninin Qarabağa qayıdışı müşayiət olunub.

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı humanitar məsələlərə toxunduğu görüşdə Qarabağda atəşkəsdən sonra mülki əhalinin əlavə yardıma ehtiyac duyacağını söyləmişdi.

O, bu məqsədlə, qaçqınların geri qaytarılması və infrastrukturun bərpası ilə məşğul olacaq İdarələrarası Humanitar Müdaxilə Mərkəzinin yaradılması barədə bir fərman imzalamışdı.

Bu Mərkəz Rusiya sülhməramlı kontingentinin tərkibində formalaşdırılır.


Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır