Modern.az

Qarabağ mitinqinə görə həbs olunan 21 nəfər azadlığa BURAXILDI - SİYAHI

Qarabağ mitinqinə görə həbs olunan 21 nəfər azadlığa BURAXILDI - SİYAHI

16 Noyabr 2020, 16:55

Orduya dəstək yürüşündə həbs olunan 21 nəfər ev dustaqlığına buraxılıb. 

 

Modern.az xəbər verir ki, bu  haqda Səbail rayon Məhkəməsində müvafiq qərar çıxarılıb.


Səbail rayon məhkəməsində hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilənm prosesdə Qarabağ yürüşünə görə həbs olunan 36 nəfərdən 21-nin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib.

 
Ev dustaqlığına buraxılan AXCP üzvləri:

1. Fuad Qəhrəmanlı
2. Asif Yusifli
3. Məmməd İbrahim
4. Ayaz Məhərrəmov
5. Bəxtiyar Imanov
6. Baba Süleymanov
7. Ceyhun Novruzov
8. İsmayıl Həsənov
9. Müşviq Quliyev
10. Telman Seyfullayev
11. Məhəbbət Nağıyev
12.  Seymur Əhmədov

Müsəlman Birliyi Hərəkatının üzvləri Kamil Mahmudov və Tural Vəliyev də ev dustaqlığına buraxılan arasındadır.

Ev dustaqlığına buraxılan digər məhbuslar:

1. Şəmsi Rəhimli
2. Elçin Mehdiyev
3. Fariz Məmmədov
4. Emin Hüseynzadə
5. Ariz Səfərli
6. Ceyhun Məmmədov
7. Vüsal Quliyev.

AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarov, ADR üzvü Pərvin Çobanovun və Naxçıvan MR daxili işlər nazirinin keçmiş müavini Siyavuş Mustafayevin adları ev dustaqlığına buraxılanlar arasında yoxdur.

Xatırladaq ki, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşündə ictimai qaydanı pozmaqda ittiham olunan bir qrup şəxs həbs olunub. 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?