Arxiv
24 Noyabr 2020, 15:20 | HADİSƏ
Erməni terrorçularını aparan helikopter 8 uşağı necə öldürmüşdü... - TARİX

Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyinin əldə etdiyi anlaşmaya əsasən, sabah Kəlbəcər iğaldan azad ediləcək. Daha bir bölgəmiz mundar düşməndən təmizələnəcək.

Modern.az saytı düz 31 il  öncə Kəlbəcərdə erməni terrorçularını aparan hərbi helikopterin 8 uşağı necə həlak etməsi barədə ilgin faktları diqqətə çatdırır.

Həmin dəhşətlərin şahidi, “Türküstan” Media Qrupun rəhbəri Aqil Camal sırf təsadüf nəticəsində salamat qalıb.


Aqil Camal həmsöhbətimizdir. Onun dilindən o faciəni diqqətə çatdırırıq.


“Qətlə yetirilən uşaqların hamısı mənim uşaqlıq dostlarım idi: Sahib, Razim, Anar, Cahid, Səxavət, Natiq, Bəxtiyar, Azər...”


- Haqqında danışdığımız həmin dəhşətli hadisə 1989-cu il iyulun 14-də Kəlbəcər şəhərinin mərkəzindəki stadionda  baş verib.


Biz Kəlbəcər şəhərinin Yuxarı Düz deyilən hissəsində yaşıyırdıq. Həmin stadion da orada yerləşirdi. Oradan Kəlbəcərin mərkəzinə məsafə uzaq olduğundan ağır xəstələr olanda vertolyotlar gəlib aparardı.


Ənənəvi olaraq, vertolyot gələndə uşaqlar toplaşardı ətrafına, havaya qalxanda da altından çəkilməzdi. Daha çox altında qalırdılar ki, vertolyotun pərləri fırlandıqca aşağıya doğru yaranan külək onları ora-bura atsın. Uşaqlar bu qorxulu olaya əyləncə kimi baxırdılar.


Qeyd elədiyim həmin gün, münaqişənin ilk vaxtları idi. İstər Ermənistanla, istərsə də Qarabağdakı ermənilərlə çaxnaşma başlamışdı.


Bildiyim qədəri ilə 11 iyulda Kəlbəcərə təxribat törətmək üçün gələn altı erməni terrorçusu tutulmuşdu. Saxlanılan ermənilər rayon mərkəzində, Polis idarəsində saxlanılırdı.



O vaxt Qarabağda Moskvanın yaratdığı Təşkilat Komitəsi var idi. Üç gün keçəndən sonra oradan təklif gəlmişdi ki, saxlanılan ermənilər təşkilata təhvil verilsin, Xankəndinə aparılacaq.


Buna görə iyulun 14-də iki hərbi vertolyot rayon mərkəzinə gəldi. Mənim o zaman 13 yaşım var idi. Bu dəfə Kəlbəcərə gələn vertolyotlar fərqli olduğu üçün uşaqlara ikiqat maraqlı idi. Həmçinin də ermənilərin aparılma səbəbi insanlarda maraq doğurduğu üçün stadionun içinə çoxlu adam toplaşmışdı.


O zamanlar Sovet İttifaqı dağılmadığına görə, Qarabağdakı Təşkilat Komitəsinin istəyi yerinə yetirildi. Vertolyotlar terrorçuları gözləyirdi. Onları stadiona polis maşınında gətirdilər. İnsanları oradan uzaqlaşdırdılar. Birinci vertolyot getdi, ikinci vertolyot böyük olduğu və küləyi daha sürətli vurduğu üçün uşaqlar daha çox ona tərəf yaxınlaşdı.


Vertolyot 10-20 metr hündürlüyə qalxandan sonra qəflətən yan üstə stadionun bir tərəfinə doğru hərəkət etdi. Həmin vaxt nə olduğu anlaşılmadı. Sadəcə göründü ki, havaya qalxarkən elektrik dirəyinə dəydi. Hamı qaçdı. Mən də qaçarkən qəfildən böyük dəmir parçası kürəyimdən vuraraq, yerə yıxdı.


Qorxu hissi ilə dəmir parçasının altından çıxıb, sürətlə qaçdım. Təhlükəsiz yerə gəlib çatanda geriyə dönüb baxdım ki, vertolyot aşıb və tüstülənir.


Mən yenidən stadiona qayıdanda gördüm ki, hər yer qan içindədi. Dəhşətli bir faciə baş vermişdi. Orada həlak olan uşaqların əksəriyyətini tanıyırdım. Hadisə nəticəsində vertolyot uşaqları doğrayıb tökmüşdü. Bir anın içində sanki ət maşınından keçirmişdilər onları.


Ekipaj üzvləri də yaralanmış, biri ölmüşdü. Məlum oldu ki, pilotlar içkili vəziyyətə vertolyotu idarə edərək Kəlbəcərə gəliblər.


Bu hadisə bizim üçün  uzun müddət psixoloji bir sarsıntı, travma oldu. 1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyuldu.


Kəlbəcər işğal olunandan sonra həmin abidəni də dağıtdılar, indi ondan əsər-əlamət qalmayıb.
Biz Kəlbəcərə qayıdanda ilk ziyarət edəcəyimiz məkan həmin yer olacaq. Abidə də yenidən bərpa olunacaq.


Həmin abidə müasir tariximizdə ermənilərin kəlbəcərlilərin başına  gətirdiyi faciələrin başlanğıcı kimi təqdim edilməlidir. Kəlbəcərlilər üçün tarixin bir örnəyi kimi qalmalıdır.


Həmin hadisədə ölən uşaqlar: Məmmədov Sahib Sultan oğlu (10 yaşında), Salmanov Razim Tofiq oğlu (8 yaşında), Valehov Anar Qardaşxan oğlu (6 yaşında), İbişov Cahid Telman oğlu (10 yaşında), Əsgərov Səxavət Dəmir oğlu (14 yaşında), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaşında), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaşında) və Orucov Azər Zakir oğlu (7 yaşında).

 

Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəb avtobusu qəzaya düşdü - xəsarət alanlar var 27 Yanvar 2021, 08:31 Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verildi 27 Yanvar 2021, 08:19 “Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06