Arxiv
28 Noyabr 2020, 12:21 | AKTUAL
Azərbaycanda tütün yığımının statistikası AÇIQLANDI

Sahələrdə tütün yarpağı yığımı davam edir. Noyabrın 27-nə olan operativ məlumata əsasən, fermerlər tərəfindən 6240,8 ton tütün yığılıb, qəbul məntəqələrinə 5355,4 ton quru tütün təhvil verilib.

 

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, tütünçü fermerlər tərəfindən aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi, şitil seçimi bu il orta məhsuldarlıq göstəricisinin yüksəlməsinə səbəb olub.

Ötən ilin yekununda tütünçülükdə yekun orta məhsuldarlıq 19,3 sentner olub. Bu il yığım prosesi başa çatmasa da orta məhsuldarlıq ötənilki göstəricidən yüksəkdir. Hazırda tütün yarpağı üzrə orta məhsuldarlıq 19,8 sentner təşkil edir ki, bu da ötənilki göstəricidən 0,5 sentner çoxdur. Hazırda məhsul yığımı davam etdiyindən orta məhsuldarlıq göstəricisinin daha da artacağı gözlənilir.

Qeyd edək ki, bu il Azərbaycanda 3144 hektar sahədə tütün əkilib, 3141,5 hektar sahədə bitiş alınıb. 2020-ci ildə Azərbaycanın 12 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün əkilib. Əkin sahələrinin yarıdan çoxu ənənəvi tütünçülük bölgələrindən olan Şəki, Qax və Oğuz rayonlarının payına düşür. 2020-ci ildə Şəkidə 1108 hektar, Qaxda 496,5 hektar, Oğuzda isə 269 hektar sahədə tütün əkilib.

 

Tütün üzrə orta məhsuldarlıq Şəkidə 33,2 sentner, Qaxda 13,9 sentner, Oğuzda 14,9 sentner təşkil edir. Zaqatala, Balakən, Qəbələ, Tovuz, İsmayıllı, Goranboy, Lerik, Masallı və Yardımlı rayonlarında da fermerlər sahələrdən bol məhsul götürüblər.

Qeyd edək ki, ölkədə tütünçülüyün inkişafı dövlət tərəfindən dəstəklənir. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi tütünçülüyün inkişafını stimullaşdırır. Tütün həm əkin, həm məhsul subsidiyası verilən kənd təsərrüfatı bitkiləri kateqoriyasına daxildir. Fermerlər tütün əkilmiş sahələrin hər hektarına görə dövlətdən 280 manat subsidiya alırlar. Bundan başqa, fermerlərə qəbul məntəqələrinə təhvil verilən quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə isə 5 manat məhsul subsidiyası ödənilir.

 

Tədarükçülər fermerlərdən təhvil aldıqları tütün məhsulu ilə bağlı məlumatları, o cümlədən alqı-satqı müqavilələrinin və qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edirlər. Məlumatlar yoxlanıldıqdan sonra müvafiq subsidiya məbləğləri fermerlərin kartlarına köçürülür. 2020-ci ildə tütün üzrə məhsul subsidiyasının verilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq.

Hazırda sahələrdə yığım davam edir, yığım prosesinin optimal müddətdə başa çatdırılması gözlənilir.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramiz Mehdiyev akademik Yaqub Mahmudovu vəzifədən AZAD ETDİ 22 Yanvar 2021, 17:54 Ramin Bayramlı tibb işçilərinin vaksinasiyasından DANIŞDI 22 Yanvar 2021, 17:50 "Ali təhsil haqqında" qanunun hazırlanması müzakirə olundu 22 Yanvar 2021, 17:44 2027-ci il yeni Şuşanın dünyaya təqdim ili olsun!” - Erməni sərsəmləmələrinə son zərbə 22 Yanvar 2021, 17:38 Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə 22 Yanvar 2021, 17:32 Azərbaycanda daha bir vəkil vəfat etdi 22 Yanvar 2021, 17:26 Parlamentdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək 22 Yanvar 2021, 17:20 Keçmiş nazir yeni vəzifəyə təyin olundu 22 Yanvar 2021, 17:15 Türkiyə hərbçilərimizin də iştirak etdiyi təlimlərlə bağlı məlumat yaydı 22 Yanvar 2021, 17:10 Texniki Universitetdə yeni prorektor TƏYİNATI 22 Yanvar 2021, 17:05 Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO 22 Yanvar 2021, 17:00 Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir 22 Yanvar 2021, 16:55 Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi - VİDEO 22 Yanvar 2021, 16:50 Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib 22 Yanvar 2021, 16:45 Azərbaycanlı rəssamın ABŞ-da açılan ikinci fərdi sərgisi maraqla qarşılandı 22 Yanvar 2021, 16:40 Ermənistanda daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi 22 Yanvar 2021, 16:35 Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR                                     22 Yanvar 2021, 16:30 Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir 22 Yanvar 2021, 16:27 Zidan koronavirusa YOLUXDU 22 Yanvar 2021, 16:22 Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 22 Yanvar 2021, 16:16 Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə 22 Yanvar 2021, 16:10 ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH 22 Yanvar 2021, 16:04 Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı 22 Yanvar 2021, 16:00 Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır” 22 Yanvar 2021, 15:55 Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB 22 Yanvar 2021, 15:50 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57