Modern.az

Ədliyyə Nazirliyindən Xankəndi AÇIQLAMASI

Ədliyyə Nazirliyindən Xankəndi AÇIQLAMASI

3 Dekabr 2020, 12:30

Dekabrın 3-də Ədliyyə Nazirliyi tərəfindən “Qarabağ regional ədliyyə idarəsinin fəaliyyətinin təşkili” mövzusunda onlayn qaydada brifinq keçirilib.


Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinin “Facebook” səhifəsində brifinqdə canlı yayımda iştirak edən nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini idarə edən Sübhi Kazımov idarənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında dövlətimizin başçısının Fərmanı ilə əlaqədar Ədliyyə Nazirliyi müvafiq addımlar atır. Bununla bağlı artıq nazirliyin Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb. Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl Füzuli və Kəlbəcər rayonları daxildir. İdarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır.

"Artıq işğaldan azad edilən rayonların komendantları ilə əlaqə saxlanılıb və sıx əməkdaşlıq edilir. Hazırda idarənin təcrübəli kadrlarla komplektləşdirilməsi işlərinə başlanılıb. Hazırda nəinki həmin rayonlardan olan ədliyyə əməkdaşları, Bakıdan və digər bölgələrdən olanlar da orada fəaliyyətini davam etdirmək üçün çoxsaylı müraciətlər edir. Qısa müddətdə idarənin kadr komplektləşdirilməsini yekunlaşdırmağa çalışacağıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı