Modern.az

Dünya çempionatında “su fasilə”ləri - futbol uduzur, reklam udur

Dünya çempionatında “su fasilə”ləri - futbol uduzur, reklam udur

İdman

Bu gün, 14:30

Bu il ABŞ, Meksika və Kanada keçirilən dünya çempionatında hər hissənin 22-ci dəqiqəsində 3 dəqiqəlik icbari fasilə tətbiq olunub. FİFA-nın rəsmi açıqlamasına görə, bu, isti hava şəraitində futbolçuların su balansını bərpa etmələri üçün nəzərdə tutulub.

Modern.az xəbər verir ki, futbol ekspertləri bunun əsl səbəbinin televiziya reklamları və daha çox pul qazanmaq istəyi olduğunu iddia edirlər. Belə ki, bu fasilələr hətta yüksək səviyyəli iqlim-nəzarət sisteminə malik qapalı arenalarda da tətbiq olunur. Ümumilikdə dünya çempionatı boyunca "su fasilələri" üçün 624 dəqiqə vaxt sərf olunacaq ki, bu da 7 oyunun vaxtına bərabərdir.

Fransa millisinin baş məşqçisi Didye Deşam bu qərara kəskin etiraz edib: "Bu, oyuna mane olur. Amma televiziya şirkətləri razıdır, elə deyilmi?!"

ABŞ-ın "Fox" kanalında qrup mərhələsindəki belə bir fasilə zamanı 30 saniyəlik reklamın qiyməti 750 min dollara çatır. Pley-off mərhələsində isə qiymətlər daha da artacaq. Hətta ən aşağı hesablamalara görə, "Fox" bu fasilələr hesabına reklamdan təxminən 300 milyon dollar gəlir əldə edəcək ki, bu da dünya çempionatının yayım hüquqlarının dəyərinin 60%-ni təşkil edir.

Bu fasilələr həm də oyunun gedişatına birbaşa təsir göstərir: məsələn, Braziliya məhz bu fasilədən istifadə edərək Mərakeşlə matçda məğlubiyyətdən xilas olub, Almaniya isə Kurasao ilə matçda buraxılan qoldan sonra fasilə zamanı taktikasını yenidən qura bilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!