Modern.az

Zaur Mikayılov Zaqatalada vətəndaşları qəbul edib

Zaur Mikayılov Zaqatalada vətəndaşları qəbul edib

Aktual

Bu gün, 13:44

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə keçirdiyi vətəndaş qəbulları davam edir.

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iyunun 19-da Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Zaqatala, Balakən və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Zaur Mikayılov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə şəhərin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Qəbul zamanı Agentliyin sədri vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri və bərpası, həmçinin işlə təminat məsələləri ilə bağlı olub.

Bildirilib ki, müraciətlərin bir qismi yerindəcə həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.

Qəbulda iştirak edən sakinlər bölgələrdə vətəndaş müraciətlərinə baxılması üçün yaradılan şəraiti yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!