Modern.az

Kənddə mübahisə qanla bitdi - 58 yaşlı kişi öldürüldü

Kənddə mübahisə qanla bitdi - 58 yaşlı kişi öldürüldü

Aktual

19 İyun 2026, 12:42

İyunun 19-da saat 09 radələrində Zaqatala rayonunun Qımır kəndi ərazisində 58 yaşlı Ələsgər Əhmədov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 58 yaşlı Kamran Məhərrəmovu kəsici alətlə qətlə yetirib.

Modern.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Ə.Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi