Modern.az

Zəngilanda yük maşını aşdı - sürücü öldü

Zəngilanda yük maşını aşdı - sürücü öldü

3 Dekabr 2020, 12:42

Zəngilanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının rayon ərazisində keçən hissəsində körpüdən aşırıb.

 

Ağır xəsarət alan sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi