Modern.az

Lukaşenkoya inək heykəli hədiyyə edildi

Lukaşenkoya inək heykəli hədiyyə edildi

Aktual

Bu gün, 16:15

Belarusun ən böyük süd məhsulları istehsalçısı olan "Savuşkin Produkt" şirkəti Prezident Aleksandr Lukaşenkoya Müstəqillik Sarayında quraşdırılacaq inək heykəli hədiyyə edib.

Modern.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinə yaxınlığı ilə tanınan "Pul Pervoqo" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, insan boyundan hündür olan heykəlin boynunda şirkətin adı yazılmış zəng yerləşdirilib.

Kanalın paylaşımında "Birinci dedi ki, inəyə abidə qoymaq lazımdır. Deyildi – edildi" ifadəsi yer alıb.

Xatırladaq ki, Aleksandr Lukaşenko 2024-cü ilin oktyabrında inəyə abidə qoyulmasının vacibliyini bildirmişdi. O, Böyük Vətən müharibəsi illərində partizanların və uşaqların məhz inəklər sayəsində sağ qaldığını vurğulamışdı.

Belarus lideri ötən il həmçinin qeyd etmişdi ki, inəklər təkcə müharibə dövründəki xidmətlərinə görə deyil, bu gün də xalqı ərzaqla təmin etdiklərinə görə abidəyə layiqdirlər.

Lukaşenko dəfələrlə heyvandarlıq təsərrüfatlarında heyvanlara lazımi qayğının göstərilməməsini tənqid edib. Onun sözlərinə görə, mal-qaranın tələf olması mənəvi deqradasiyanın göstəricisidir.

Qeyd edək ki, bu ilin iyununda Minsk vilayətində südçülük kompleksinə səfəri zamanı Lukaşenkoya Cersi cinsindən olan "Musya" adlı inək də hədiyyə edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə