Modern.az

Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər

Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər

Dünya

31 İyul 2026, 18:42

Miqrant axını dayandırılmasa, Avstriya ilə İspaniya arasında Şengen Sazişinin ləğvi istisna deyil.

Modern.az xəbər verir ki, bu barədə Avstriya kansleri Kristian Ştoker sosial media hesabında yazıb.

İspaniyadakı miqrant böhranını "narahatedici siqnal" adlandıran kansler ölkəsini qorumaq üçün hər şeyə hazır olduqlarını bildirib:

"Əgər İspaniyadakı vəziyyət milli sərhədlərimizdə təzyiq hiss edəcəyimiz şəkildə inkişaf edərsə, onları qorumaq üçün əlimizdən gələni edəcəyik. Buraya, zərurət yaranarsa, Şengen zonası daxilində sərhədlərin müvəqqəti bağlanması da daxildir".

O, hazırda Avstriya hakimiyyətinin vəziyyəti çox yaxından izlədiyini və məsələ ilə bağlı Avropa Komissiyası ilə sıx əlaqədə olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada