Modern.az

40 min miqrant İspaniyaya keçdi - Avropa liderləri qorxdular

40 min miqrant İspaniyaya keçdi - Avropa liderləri qorxdular

Dünya

Bu gün, 17:47

Avropa ölkələrinin rəhbərləri Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta şəhərinə 40 mindən çox qeyri-qanuni miqrantın daxil olması fonunda Madridin sərhəd siyasətini tənqid ediblər.

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, İspaniya Şengen zonasının sərhədlərini qorumaq vəzifəsinin öhdəsindən gələ bilməyib. O, İtaliyanın İspaniyaya münasibətdə Şengen qaydalarının müvəqqəti dayandırılması təklifini dəstəklədiyini açıqlayıb.

İsveçin Baş naziri Ulf Kristersson isə Madridi vəziyyəti nəzarət altına almaq və Şengen öhdəliklərini yerinə yetirmək üçün təcili addımlar atmağa çağırıb.

Niderlandın xarici işlər naziri Tom Berendsen yaranmış vəziyyətin narahatlıq doğurduğunu bildirib. O qeyd edib ki, məsələni İspaniya və Mərakeşdən olan həmkarları ilə müzakirə edib və Avropa İttifaqının sərhədlərinin qorunması üçün Madridin bütün zəruri tədbirləri görəcəyinə ümid edir.

Fransanın daxili işlər naziri Loran Nunes isə Seutaya miqrant axını fonunda İspaniya ilə sərhəddə nəzarətin gücləndirildiyini açıqlayıb. Bu məqsədlə sərhəd bölgəsinə çevik polis qüvvələri yerləşdirilib.

İspaniya hakimiyyətinin məlumatına görə, Mərakeşdən Seutaya keçməyə çalışan azı 18 nəfər həyatını itirib. Miqrantlar həm quru, həm də dəniz yolu ilə şəhərə daxil olmağa cəhd göstəriblər.

Böhranı nəzarət altına almaq üçün İspaniya Seutaya əlavə hərbçilər və polis qüvvələri göndərib. Həmçinin Şimali Afrikadakı digər muxtar şəhəri olan Melilyanın sərhədi də bağlanıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə