Arxiv
25 Yanvar 2021, 13:47 | AKTUAL
Ermənistan diaspor dayağını necə itirib?

Ermənistan dövləti ilə diasporu arasında da narazılıq durmadan artmaqdadır. 44 günlük müharibədə Azərbaycanın Ermənistana vurduğu “dəmir yumruğun” zərbəsi erməni diasporuna da təsirsiz ötüşməyib. İndi Ermənistan dövləti və diasporu bu zərbənin təsirindən ayılıb özünü toparlamağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın məqsədi dünya ermənilərinin diqqətini, əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə yönəltməkdir. Bunun üçün o, Ermənistanın Diasporla İş üzrə Baş Müvəkkili Zare Sinanyan və Diasporla İş üzrə Baş Müvəkkil Aparatının rəhbəri Sara Anjargolyanı 22-24 yanvar tarixlərində Xankəndinə göndərib. Bu qanunsuz səfərin məqsədi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəsmiləri” ilə görüşlər keçirmək, diasporun ünvanlı yardımının təşkili və müharibədən sonrakı dövrdə mövcud proqramların təkmilləşdirilməsi üçün işlərin planlaşdırılması barədə müzakirələr aparmaq olub.

 

Z.Sinanyan qondarma rejimin “rəhbəri” Araik Arutyunyanla erməni diasporu ilə iş vektorlarını müzakirə ediblər. “Sputnik Armenia”nın yaydığı məlumata görə, görüşdə A.Artunyan erməni diasporunun yardımının vacibliyini qeyd edib. Müvəkkil öz növbəsində əmin edib ki, qondarma rejim öz problemləri ilə tək qalmayacaq.

 

A.Arutyunyan Z.Sinanyanla erməni diasporunun ölkədəki ermənilərlə münasibətləri, Dağlıq Qarabağda mənzil tikintisi və evsiz qalmış insanların problemlərinin həlli məsələlərini müzakirə edib. 

 

“Yalnız ümumerməni səyləri ilə “arsaxı” bərpa etmək və inkişaf etdirmək mümkün olacaq. Bu baxımdan Ermənistan-“arsax”-diasporun birgə və əlaqələndirilmiş üçlüyü işi mütləq şərtdir”, - deyə məlumada bildirilir.

 

Reallıq isə budur ki, müharibədən sonra erməni diasporunda gücsüzlük və məyusluq yaranıb. Bunu Z.Sinanyan və digər erməni rəsmiləri, o cümlədən diaspor üzvləri də dəfələrlə etiraf ediblər. İnsanlar açıq qalmış suallara cavab axtarırlar. Buna görə də dövlətlə diaspor arasında münasibətlər neqativ müstəviyə çıxıb. Paşinyan diasporla münasibətləri yenidən gözdən keçirmək istəyir və aradakı narazılığı qondarma rejim üzərindən düzəltməyə çalışır. Əsl məqsədi isə diaspordan Ermənistana investisiya axınını gücləndirməkdir. Halbuki Paşinyan hakimiyyətə gələndə erməni diasporu onu bəyənmirdi. Paşinyanın təslimçilik bəyanatını imzalaması ona qarşı olan narazı kütləni daha da artırdı. Xüsusən, Rusiyadakı erməni icması ona qarşı sərt çıxışlar edirdi. Rusiyadakı erməni icmasının rəhbəri Ara Abramyan hər zaman onunla bağlı mənfi proqnozlar verib. Onun son Moskva səfərində A.Abramyan Erməni icması baş nazir Nikol Paşinyanın istefasını gözləyir, Moskvaya səfərini yox”, deyə öz “Facebook” profilində etiraz etmişdi. Hətta, A.Abramyan Paşinyanın bu səfəri ilə Rusiyadakı 3 milyonluq erməni icmasını təhqir etdiyini və əsəbləşdirdiyini vurğulamışdı. Ayrıca, erməni icmasının Paşinyanın Moskvada ikən Ermənistanın Rusiya Federasiyasındakı səfirliyi qarşısında etiraz aksiyası da ona olan mənfi münasibətin bariz nümunəsidir. Erməni diasporunun, ümumiyyətlə, Paşinyan ailəsinə nifrəti var. Çünki bugünlərdə Paşinyanın arvadı qızları ilə birgə Moskvaya səfər edərkən hava limanında erməni icmasının üzvləri onları təhqir ilə qarşılayıblar.

 

Paşinyan hakimiyyətinə və ailəsinə qarşı bu nifrət Qərb və Amerikadakı erməni diasporunda da adekvat formadadır. Münasibətlərin bu həddə gəlməsinə səbəb elə onun öz kadrı olan iqrçi və şovinist Z.Sinanyanın diasporla işi düzgün qura bilməməsidir. Paşinyan hakimiyyətə gələndə erməni diasporu ilə iş sistemini yenilədi. Amma indi də umumilikdə erməni diasporunun fəaliyyətindən narazıdır. Bunu bir neçə dəfə öz çıxışlarında bildirib. Müharibədən sonra isə yenə də ümid yeri kimi erməni diasporuna göz dikib. A.Arutunyan da Ermənistan dövlətindən yox, erməni diasporundan daha çox dəstək gözləyir. Əsas istəyi diaspordan erməni köçkünlərə yardım toplamaq və təmir-bərpa işləri aparmaqdır. Lakin, xaricdəki erməni icması Paşinyana görə qondarma rejimlə əməkdaşlıqda maraqlı deyil. 

 

Bu gün erməni diasporu  dünyada özü haqqında heç də  müsbət imic formalaşdırmayıb. Çünki ermənilər dünyada daha çox təxribatçı, terrorist və separatist fəaliyyətləri ilə tanınıb. Eyni zamanda Ermənistan dövləti ilə diasporun əməkdaşlığının strateji baxımdan sivil formada qurulmaması tərəflər arasında böyük uçurum yaradıb. Məhz buna görə də ermənilər geosiyasi və regional problemlərlə qarşılaşıblar. Belə demək mümkünsə, artıq erməni diasporu Ermənistanın əsas dayağı rolunu oynamır. Bunun da səbəbi Paşınyan hakimiyyətinin yarıtmaz siyasətidir. Ən əsas səbəb isə Vətən müharibəsində Azərbaycan dövlətinin Ermənistan üzərində şanlı qələbəsi  və erməni mifini darmadağın etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin hərbi, siyasi gücü və dünya azərbaycanlılarının birliyi erməni icmasına dərs, ümumiyyətlə, beynəlxalq aləmə isə dövlət və xalqın sarsılmaz vəhdəti baxımından tarixi nümunə oldu.

 

Fuad Hüseynzadə

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri, diaspor jurnalisti 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Komitə sədri Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO 2 mart 2021, 20:24 Ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - FOTO 2 mart 2021, 20:15 Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərdə tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45 Ermənilərin viran etdiyi Füzulinin Üçbulaq kəndi - VİDEO 2 mart 2021, 18:38 Məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb 2 mart 2021, 18:30 Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb 2 mart 2021, 18:22 Dolların məzənnəsi sabit qaldı 2 mart 2021, 18:15 Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam İMZALADI 2 mart 2021, 18:08 Ərdoğan Bahçeli ilə görüşdü 2 mart 2021, 18:00 Nazirlik itkin düşən hərbçilərin SİYAHISINI yenilədi 2 mart 2021, 17:55 Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub - FOTO 2 mart 2021, 17:49 90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub” 2 mart 2021, 17:43 Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin yeni SİYAHISI 2 mart 2021, 17:41 Hərbi qulluqçuların maaşı artırıldı: 50 və 100 faiz - RƏSMİ 2 mart 2021, 17:37 AZAL ləğv edilən biletlərin taleyi ilə bağlı məlumat YAYDI 2 mart 2021, 17:32 Qasparyanın “kitabı bağlandı” - Paşinyanın planı gerçəkləşir... 2 mart 2021, 17:27 Saxta "general" azadlığa BURAXILDI 2 mart 2021, 17:22 Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ 2 mart 2021, 17:17 "Quş qripi"nin Azərbaycanda yayılma riski artıb 2 mart 2021, 17:12 Yeni evlərin qazlaşdırılması başa çatdı - FOTOLAR 2 mart 2021, 17:07 Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu - Deputat 2 mart 2021, 17:02 Deputat aylıq hesabat verdi 2 mart 2021, 16:57 Müxalifət Armen Sarkisyandan görüş TƏLƏB EDİR 2 mart 2021, 16:55 “Azərpoçt”a yeni baş direktor təyin olundu - FOTO 2 mart 2021, 16:53 BMU-da Elmi Şuranın iclası keçirilib 2 mart 2021, 16:48