Modern.az

Xüsusi təyinatlılarımızın İordaniyadakı təlimi başa çatdı - FOTO

Xüsusi təyinatlılarımızın İordaniyadakı təlimi başa çatdı - FOTO

Ölkə

31 İyul 2026, 16:04

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən “Zülfüqar – 2026” birgə taktiki təlimi yekunlaşıb.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah da qatılıb.

Birgə taktiki təlimin əsas məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Təlimin rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada