Modern.az

Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır

Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır

Təhsil

Bu gün, 14:15

Naxçıvan Dövlət Universiteti Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. 

Modern.az-ın məlumatına görə, vakansiya üzrə namizədlər jurnalistika, kommunikasiya və ya əlaqəli sahə üzrə magistr təhsilinə malik olmalıdırlar.

Bundan əlavə, namizədlərdən media və PR sahəsində ən azı 5 il iş təcrübəsi, rəhbər vəzifədə çalışma təcrübəsi, yazılı və şifahi ünsiyyət bacarıqları, rəqəmsal media və SMM bilikləri, həmçinin strateji düşüncə və komanda idarəetmə bacarığı tələb olunur.

Vakansiya ilə maraqlanan şəxslər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Ətraflı məlumatı universitetin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə