Modern.az

Naftalanda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb - FOTO

Naftalanda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb - FOTO

Aktual

25 Yanvar 2021, 15:06

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində 21 yanvar 2021-ci il tarixdən Naftalan şəhər Mərkəzi Xəstəxanasında  əhalinin vaksinləşmə prosesinə başlanılıb.

 

Modern.az xəbər verir ki, strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində tibb işçiləri, növbəti mərhələdə yaşı 65-dən yuxarı sakinlərin peyvəndlənməsi nəzərdə tutulub. Hazırda tibb işçilərinin 85 nəfərinə peyvənd vurulub.

 

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar