Arxiv
25 Yanvar 2021, 16:54 | AKTUAL
Gənc ailələrin sosial vəziyyəti müzakirə olunacaq

Yanvarın 25-də Milli Məclisin Ailə, qadın və  uşaq  məsələləri komitəsinin 2021-ci ilin yaz  sessiyasında  onlayn  formatda ilk  iclası  keçirilib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclası açan komitə sədri Hicran  Hüseynova   həmkarlarına qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb. O,  Azərbaycan  torpaqlarının 30 ildən sonra  düşmən tapdağından azad olunmasına  diqqət  çəkib və  ötən 2020-ci ili xalqımız  üçün həm gərgin, həm də qələbə müjdəli il olduğu  üçün daim qürurla  xatırlanacaq bir  tarix  adlandırıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin  güclü siyasi  iradəsi və   diplomatik bacarığı ilə  nail olunan  zəfər münasibəti ilə  millət  vəkillərinə təbriklərini çatdırıb, Müzəffər  Azərbaycan Ordusuna  arzularını bildirib. Vətənin müdafiəsi uğrunda  canından keçən şəhidlərə Allahdan rəhmət, qazilərimizə  şəfa   diləyib. 

Komitə  sədri bildirib ki,    Vətən müharibəsi zamanı  komitə  üzvlərinin  hər biri   erməni  qəsbkarları  tərəfindən törədilən  terror  aktları zamanı  zərərçəkmiş qadın və uşaqlara   qarşı diqqət və qayğılarını əsirgəməyiblər.  Ailə, qadın və uçaq  məsələləri komitəsi  bu  qanlı terror hadisələri ilə bağlı  bir  sıra  nüfuzlu  beynəlxalq  təşkilatlara  müraciət  ünvanlayıb.    

Sonra  Hicran Hüseynova  2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını  təqdim edib.  Qeyd  edilib ki, hesabat  dövründə  komitənin 11 iclası keçirilib, bu iclaslarda  15 məsələ müzakirə edilib. “Uşaq  hüquqları  haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda,  Əmək və Ailə Məcəllələrində əhəmiyyətli  dəyişikliklər  edilib.  Qanunvericiliyin təkmilləşdirilməsinə  xidmət  edən bu  sənədlər Milli Məclisin plenar  iclaslarında  müzakirə  edilərək   qəbul  edilib.

Bu  dövrdə  komitədə müvafiq  qurumların  və  Qeyri-Hökumət  Təşkilatları  nümayəndələrinin iştirakı ilə videokonfrans  formatında “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” mövzusunda dinləmə keçirilib. 

Hicran Hüseynova   vurğulayıb ki, hesabat dövründə vətəndaşlardan komitəyə   280 sənəd daxil olub ki, bunlardan  143-ü vətəndaşlardan  gələn   ərizə, məktub və şikayətlərdir.  Komitə  sədri  bildirib ki, əsasən  sosial müdafiə  məsələləri, aliment  tələbi, işsizlik  problemləri, tibbi müalicə üçün maddi yardım, ünvanlı sosial yardım və  əfv məsələləri ilə bağlı  olan müraciətlərin müəyyən bir  qismi  aidiyyəti qurumlara ünvanlanıb, bəziləri  isə komitə üzvləri tərəfindən  müzakirə  edilərək  öz  həllini tapıb.

Hesabat  məqbul  hesab edilib.

Sonra onlayn iclasda  komitənin  2021-ci il yaz  sessiyasının qanunverilik işləri planı  müzakirə  edilib. Hicran Hüseynova  yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat  verib, 2 fevral – Gənclər  günü ərəfəsində   “Gənc  ailələrin  sosial  vəziyyəti” mövzusunda  geniş videokonfransın keçirilməsinin nəzərdə  tutulduğunu deyib. 

Komitə  üzvləri  Jalə Əliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Könül Nurullayeva, Sədaqət  Vəliyeva, Ramin Məmmədov,  Pərvin Kərimzadə  çıxış edərək   hər  iki məsələ  barədə fikirlərini bildirib,  təkliflərini səsləndiriblər.

Komitənin iş planı yekdilliklə təsdiqlənib.

Onlayn iclasda komitənin  digər üzvləri  - Sevil Mikayılova, Tamam Cəfərova  iştirak  ediblər.

 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar QAZANDI 8 mart 2021, 17:07 Ukraynada oynayan futbolçu Azərbaycan yığmasının üzvü ola bilər 8 mart 2021, 16:45 Bəşər Əsəd koronavirusa TUTULDU 8 mart 2021, 16:36 Bu ölkədə 8 Mart aksiyaları qadağan edilib 8 mart 2021, 16:18 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi – DİN-dən AÇIQLAMA 8 mart 2021, 16:06 Roma papasının İraqa səfəri başa çatıb 8 mart 2021, 16:01 Daha bir şəhidimizin övladı dünyaya gəldi 8 mart 2021, 15:53 Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21 Bir ananın monoloqu... 8 mart 2021, 12:14 Baş Prokuror Azərbaycan xanımlarını təbrik etdi 8 mart 2021, 12:07 Nazirlik Badamdardakı sürüşmənin səbəbini AÇIQLADI 8 mart 2021, 12:00 Qubada alma yeşikləri yük maşınından yola dağıldı - Fotolar 8 mart 2021, 11:54 “Bizimlə kimsə təkəbbürlə danışa bilməz” - İbrahim Kalın 8 mart 2021, 11:47 Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi 8 mart 2021, 11:40