Modern.az

Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq”

Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq”

26 Yanvar 2021, 15:30

Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi, keçmiş müdafiə naziri (1992-1993-cü il) Vazgen Manukyan Ararat vilayətində tərəfdarları ilə görüşüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Paşinyanın baş nazir kürsüsündə qalmasına görə, varlı diaspor ermənilərinin ölkəyə investisiya yatırmaq istəmədiyindən gileylənib.

“Bizim 2 maliyyə mənbəyimiz var – aşağı faiz dərəcələri ilə bizə kredit ayıran maliyyə donorları və bizim diaspor, xüsusilə Rusiyadakı diasporumuz. Onların sözlərinə görə, Paşinyanın postundan gedəcəyi halda daha çox investisiya yatırmağa hazırdırlar”-deyə Manukyan söyləyib.

 

Vazgen Manukyan Nikol Paşinyanın baş nazir postundan istefa vermədən keçirəcəyi növbədənkənar seçkilərə qatılamayacağını da əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?