Modern.az

“Trampın seçkidə məğlub olmasında dünya İrana borcludur” - Həsən Ruhani

“Trampın seçkidə məğlub olmasında dünya İrana borcludur” - Həsən Ruhani

Aktual

10 Fevral 2021, 20:17

İran Prezidenti Həsən Ruhani Donald Trampın ABŞ-dakı prezident seçkilərində məğlub olmasında İran xalqının təsiri olduğunu açıqlayıb. 

 

Modern.az xarici mediaya istinadla məlumatına görə, İran dövlət başçısı bildirib ki, buna görə dünya İrana borcludur.

 

“İran xalqı Ağ Evdəki təzyiqə qarşı dayanmasaydı və müqaviməti ilə onu məğlubiyyətə uğratmasaydı, Tramp xərcsiz və zəhmətsiz şəkildə zəfər qazanardı”, - deyə H.Ruhani bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı