Modern.az

62 partiyadan 6-sı MSK-ya maliyyə hesabatı verdi

62 partiyadan 6-sı MSK-ya maliyyə hesabatı verdi

Aktual

18 Fevral 2021, 10:23

Bəzi siyasi partiyalar 2020-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediblər.

Mərkəzi seçki Komissiyasından Modern.az-a verilən məlumata görə, hələlik 6 siyasi partiya ötən il üzrə maliyyə hesabatını təqdim edib.

Bu partiyalar Yeni Azərbaycan Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Respublikaçılar Partiyasıdır.

Qeyd edək ki, Azərbaycanda hazırda 62 siyasi partiya qeydiyyata alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı