Modern.az

1 nəfər virusa yoluxdu, 7 günlük karantin elan etdi - Baş nazirdən qərar

1 nəfər virusa yoluxdu, 7 günlük karantin elan etdi - Baş nazirdən qərar

Aktual

28 Fevral 2021, 00:25

Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern ölkənin ən böyük şəhəri olan Oklənddə aşkarlanan və mənbəyi bəlli olmayan cəmi bir koronavirusa (COVİD-19) yoluxma faktına görə şəhərdə 7 günlük karantin elan edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir ölkənin qalan ərazisində ikinci səviyyə məhdudiyyətlər tətbiq olunacağını bildirib.

Məhdudiyyətlər bazar günündən etibarən başlayacaq və bir həftə davam edəcək.

 

Təxminən iki milyon əhalisi olan Oklənd şəhəri fevralın ortalarında üç nəfərlik ailədə koronavirusun Britaniya ştammının aşkarlanmasından sonra üç günlük karantinə alınmışdı.

 

Qeyd edək ki, ölkədə ümumilikdə 2 min 372 koronavirusa yoluxma faktı aşkarlanıb. Ölüm sayı cəmi 26-dır. Ümumilikdə 2 min 280 nəfər koronavirusa qalib gəlib. Aktiv xəstə sayı 66-dır.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü