Arxiv
2 mart 2021, 15:00 | AKTUAL
Yaponiyanın informasiya agentliyi azad edilən ərazilərdə başlamış quruculuq işlərindən yazdı

Yaponiyanın nüfuzlu JIJI PRESS agentliyi Azərbaycanın Ermənistan ordusunun işğalından azad edilmiş ərazilərində aparılan böyük quruculuq işləri barədə məqalə yayıb.

 

Modern.az xəbər verir ki, “Böyük aeroportun inşası Azərbaycanın Dağlıq Qarabağ regionuna nəzarətini daha da gücləndirəcək” adlı məqalədə ötən ilin payızında baş vermiş Vətən müharibəsi barədə məlumat öz əksini tapıb. Qeyd edilib ki, Azərbaycanın qələbəsi və 30 ilə yaxın bir dövrdə Ermənistan ordusunun işğalı altında olan torpaqların azad edilməsi regionda böyük quruculuq işlərinə şərait yaradıb. Belə obyektlərdən biri kimi Fizuli aeroportunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycanın möhkəm etnik əlaqələrə malik olduğu Türkiyənin dəstəyi ilə inşa edilən yeni aeroportun strateji əhəmiyyət daşıdığı, Ermənistanın işğalçı siyasətinə qarşı yönəldiyi də yazıda qeyd edilir.

 

Bildirilir ki, tikinti işləri ötən ilin sentyabr-noyabr aylarında baş tutmuş müharibə nəticəsində azad edilən Fizuli rayonu ərazisində aparılır. Agentliyin müxbirinin həmin əraziyə fevralın 27-də səfəri zamanı burda ağır texnikanın işləməsinin şahidi olduğu qeyd edilir.

 

Bu ərazidə Azərbaycan hökumətinin qərarı ilə inşa edilən uçuş-enmə zolağının 3 min metr uzunluğunda olacağı, beynəlxalq status daşıyacağı qeyd edilir. Məqalədə Fizuli rayonunun coğrafi mövqeyinə də xüsusi diqqət yetirilir. Bildirilir ki, Dağlıq Qarabağın cənub-şərqində yerləşən Fizuli rayonu 1993-cü ildə erməni işğalçıları tərəfindən ələ keçirilib. Bu ərazidə yaşayan insanlar qovulub, yaşayış məskənləri isə dağıdılıb. Bildirilir ki, hazırda inşa edilən aeroportun kənarında dağılmış evlər, üzüm tarlalarının qalıqları aydın görünür.

 

Məqalədə aeroportun yaxınlığında yarımstansiya və magistral yolun da inşa edildiyi qeyd edilir. Bu magistral yol aeroportu Dağlıq Qarabağın əsas yaşayış məntəqəsi hesab olunan Şuşa şəhəri ilə birləşdirəcək. Yolun inşası isə 2022-ci ilədək yekunlaşacaq.

 

Yazıda, həmçinin vurğulanır ki, aeroportun fəaliyyətə başlaması Azərbaycanın Ermənistan qarşısında havada üstünlüyünü daha da möhkəmləndirəcək. Bundan əlavə, qonşu İranla da əlaqələrin inkişafına təsir göstərəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramazanın 6-cı günün duası - iftar və imsak vaxtı 19 Aprel 2021, 04:20 Avropada futbol qalmaqalı 19 Aprel 2021, 01:00 “Ayaks” 20-ci ölkə kubokunu qazandı 19 Aprel 2021, 00:50 Boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 19 Aprel 2021, 00:38 Türkiyədə meşə yanğınları PUA-larla izlənəcək 19 Aprel 2021, 00:22 Goranboyda karantinlə bağlı reyd keçirildi - FOTO 19 Aprel 2021, 00:05 Bakıda yol qəzası - xəsarət alan var 18 Aprel 2021, 23:56 Hərbi Qənimətlər Parkına insan axını: Girişdə uzun növbə yarandı - VİDEO 18 Aprel 2021, 23:40 Heydər Əliyev prospektində qəza tıxac yaratdı - FOTO 18 Aprel 2021, 23:23 İraqda hərbi bazaya raket hücumu - yaralananlar var 18 Aprel 2021, 23:18 Rusiya 20 Çex diplomatını ölkədən qovdu 18 Aprel 2021, 23:06 Messidən bir oyunda üç REKORD 18 Aprel 2021, 22:53 Cüdoçularımız Avropa çempionatını iki medalla başa vurdu 18 Aprel 2021, 22:40 Yol polisi Biləsuvarda reyd keçirdi - FOTO 18 Aprel 2021, 22:24 ABŞ Navalnıya görə Rusiyanı HƏDƏLƏDİ 18 Aprel 2021, 22:08 Rusiya MN-dən Qarabağ AÇIQLAMASI 18 Aprel 2021, 21:56 İki paraatletimiz İtaliyada qızıl medal qazandı 18 Aprel 2021, 21:42 Türkiyədə daha bir zəlzələ 18 Aprel 2021, 21:30 Türkmənistan Prezidentinə ağır itki üz verdi 18 Aprel 2021, 21:19 Türkiyədə koronavirusdan rekord sayda ölüm 18 Aprel 2021, 21:05 Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05