Modern.az

Qori seminariyasının kiçik modeli - Uluxanlı məktəbi 140 yaşında

Qori seminariyasının kiçik modeli - Uluxanlı məktəbi 140 yaşında

3 Mart 2021, 23:40

Qərbi Azərbaycanda ilk yeni tipli məktəb kimi tarixə düşən Uluxanlı məktəbinin 140 yaşı tamam olur.

 

Modern.az xəbər verir ki, 1881-ci ildə İrəvan mahalında yerli əhalinin tələbilə ikisinifli təhsil ocağı kimi fəaliyyətə başlayan Uluxanlı məktəbi Azərbaycanın ictimai-siyasi həyatına, elminə, ədəbiyyıtına, mədəniyyətinə yüzlərlə dəyərli ziyalı, ləyaqətli və vətənpərvər insan qazandırıb, Mirzə Cəlil, Firudin bəy Koçərli kimi şəxsiyyətlərin həyatında mühüm rol oynayıb. 

 

Uluxanlı məktəbinin məzunları arasında Birinci Qarabağ müharibəsində həlak olan və yaralananlar, Vətən müharibəsində isə övladını itirənlər var. 

 

İstər çar Rusiyası, istərsə də sovet hakimiyyəti illərində İrəvanı erməniləşdirmək siyasəti nəticəsində bütün təzyiqlərə, deportasiyalara rəğmən 108 il (1988-ci ilədək) ayaqda qalmağı bacaran bu təhsil ocağı, hətta o dövr üçün Qori seminariyasının kiçik modeli olaraq da tanınırdı.

 

İndi düşmən əsirliyində qalmış Uluxanlı məktəbinin unudulmaması və mənəvi cəhətdən yaşadılması üçün 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbin 135 illiyi qeyd olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı