Modern.az

BMT-nin Baş katibi Moqadişodakı teraktı pislədi

BMT-nin Baş katibi Moqadişodakı teraktı pislədi

7 Mart 2021, 09:38

BMT Baş katibi Antonio Quterreş martın 5-də Somalinin paytaxtı Moqadişoda mülki vətəndaşlara qarşı edilən hücumu pisləyib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik öz açıqlamasında bildirib.

 

“Baş katib Moqadişoda baş verən terror hücumunu qəti şəkildə pisləyir”, - açıqlamada belə deyilir.

 

Baş katib, həmçinin ölənlərin ailələrinə başsağlığı verib və BMT-nin bu cür cinayətlərlə mübarizədə Somali hökuməti və xalqı ilə həmrəy olduğunu bildirib.

 

Qeyd edək Mogadişoda, şəhər həbsxanasının yaxınlığında restoranların birinin qarşısında avtomobil partladılıb. Yerli səhiyyə işçilərinin verdiyi məlumata görə, partlayış nəticəsində azı 20 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub