Modern.az

Şəkidə velosipedçini maşın vurub öldürdü

Şəkidə velosipedçini maşın vurub öldürdü

Aktual

12 Aprel 2021, 21:08

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 35-ci kilometrliyində, Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

 

Balakən rayonu Qullar kənd sakini, 1996-cı il təvəllüdlü Əsəbəli Nəbi oğlu Tütünçiyev iradə etdiyi “Mersedes” markalı,  AS 866 QO dövlət nömrə nişanlı minik avtomobili ilə Yevlax rayonu istiqamətində hərəkətdə olarkən, Şəki şəhəri istiqamətində velosipedlə hərəkətdə olan, 2004-cü il təvəllüdlü Böyük Dəhnə kənd sakini Məhəmməd Ramil oğlu Namazovu vurub. 

 

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan M.Namazov hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...