Arxiv
19 Aprel 2021, 17:36 | AKTUAL
Azərbaycan deputatları AVRONEST PA-nın komitə iclaslarında 

Aprelin 19-da Avronest PA-nın iki günlük 9-cu sessiyası öz işinə başlayıb. Sessiyanın birinci günündə qurumun daimi komitələrinin onlayn formatda iclasları keçirilib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildiriblər.

Qurumun Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin onlayn iclasında “Demokratik proseslərin möhkəmləndirilməsində siyasi partiyaların, vətəndaş cəmiyyətinin, ədalətli seçki mühitinin, eyni zamanda azad və plüralist KİV-lərin rolu”, Şərq Tərəfdaşlığı çrçivəsində regional əməkdaşlıq məsələləri, “Qanunun aliliyi və məhkəmə islahatları demokratiya və iqtisadi inkişafın təməli kimi” mövzularında təqdimatlar olub. Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb. 

Müzakirələrdə fəal iştirak edən Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və üzvləri Cavanşir Feyziyev ilə Tural Gəncəliyev regional münaqişələrlə, postsovet ölkələri ilə bağlı məsələlərə münasibət bildiriblər, təkliflərini diqqətə çatdırıblar.  

Azər Kərimli Cənubi Qafqaz bölgəsində Rusiyanın son zamanlardakı rolundan bəhs edərək deyib ki, ötən ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında 30 il davam edən münaqişəyə son qoydu. Bildirib ki, bəyanatda yalnız hərbi əməliyyatların dayandırılmasını deyil, Azərbaycan ərazilərinin tamamilə işğaldan azad olunmasını  təmin edən mühüm müddəalar yer alır. Rəsmi Moskva yalnız iki ölkə üçün deyil, bütün bölgə üçün yeni reallıqların yaradılmasına öz töhfəsini verdi. 


Azərbaycan parlamentinin nümayəndəsi qeyd edib ki, Avropa qurumlarının, xüsusən də ATƏT-in münaqişənin sülh yolu ilə həllinə kömək edə bilmədiklərinə və bəzi hallarda münaqişəyə qərəzli, birtərəfli yanaşdıqlarına baxmayaraq, Rusiya münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində hər iki ölkəyə kömək etdi. 


Çıxışında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu il aprelin 14-də Ermənistana səfər edərək özünü qondarma “DQR”in “xarici işlər naziri” kimi qələmə verən David Babayanla görüşməsinə toxunan Cavanşir Feyziyev vurğulayıb ki, münaqişədən sonra bölgədə yaranmış yeni reallıqları nəzərə almayan Aİ nümayəndəsinin kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız ümidlər verən addımlar atması yolverilməzdir. Bu hərəkət sağlam düşüncəyə və beynəlxalq hüquqa uyğun gəlmir.

Azər Kərimli onu da qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində ciddi problemlə üzləşir və indiyədək bu məsələdə bizə yalnız Türkiyə və Rusiya kömək edir.

Müzakirələr zamanı Milli Məclisin deputatları Avronest PA üzvlərinin nəzərinə onu da çatdırıblar ki, bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində ciddi irəliləyişlərə imza atır, Dünya Bankının “Doing Business 2019” hesabatına görə, ölkəmiz dünyanın ən çox islahatlar aparan ölkələrindən biridir. Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı cəmiyyətdə müasir dövrün tələblərinə cavab verən ədalətli mühakimənin formalaşması prosesini sürətləndirib, şəffaflığı, keyfiyyəti və səmərəliliyi artırıb.

Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin iclasında gündəlikdəki məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub. 

*       *       *

Həmin gün Avronest Parlament Assambleyasının İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq komitəsinin də onlayn iclası keçirilib. İclasda Milli Məclisin deputatları Vüqar Bayramov və Nurlan Həsənov iştirak ediblər.


İclasın gündəliyi təsdiq edildikdən sonra Avronest PA-nın İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq komitəsinin 2019-cu il dekabrın 8-də Tbilisidə keçirilmiş iclasının protokolu təsdiq edilib. 


Sonra “Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqəsi” mövzusunda məruzənin təqdimatı olub. İclasda koronavirus pandemiyasının sosial-iqtisadi təsirləri, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin COVİD-19 pandemiyasından sonra dirçəlməsi üçün Avropa İttifaqının mümkün yardımları barədə fikir mübadiləsi aparılıb. İclas iştirakçıları komitənin  2021-2022-ci illər üzrə fəaliyyət palanını da təsdiq ediblər.


Bununla da komitənin iclası başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalist Elnur Əşrəfoğlunun son vəziyyəti AÇIQLANDI 27 Sentyabr 2021, 11:54 Bakıda hərbçilərin yürüşü BAŞLADI 27 Sentyabr 2021, 11:51 Yaxın günlərdə Tağıyevin heykəlinin açılışı olacaq - Eldar Əzizov 27 Sentyabr 2021, 11:45 Gülüstan Əliyeva 30 ildən sonra ərinin Cəbrayıldakı məzarını tapdı - FOTOLAR 27 Sentyabr 2021, 11:44 Türk Şurasının XİN rəhbərləri şəhidləri yad ediblər 27 Sentyabr 2021, 11:43 “27 Sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu” - Ceyhun Bayramov 27 Sentyabr 2021, 11:38 Zakir Həsənov II Fəxri xiyabanı ziyarət etdi 27 Sentyabr 2021, 11:34 Almaniyada hökumət necə qurulacaq? – 3 mümkün ssenari AÇIQLANDI 27 Sentyabr 2021, 11:32 Səyyad Əlizadənin kürəkəni: “Həkimlər əlindən gələni edir, amma...” 27 Sentyabr 2021, 11:27 Xalq qəhrəman şəhidlərini yad edir - FOTOLAR 27 Sentyabr 2021, 11:26 Transgender deputat seçildi - FOTO 27 Sentyabr 2021, 11:23 ABŞ səfiri şəhidlərimizi ziyarət etdi 27 Sentyabr 2021, 11:20 Almaniyada seçkilər – Yeni parlamentdə qüvvələr nisbəti 27 Sentyabr 2021, 11:14 Qanunsuz işləyən süd qəbulu məntəqəsini BAĞLANDI 27 Sentyabr 2021, 11:08 Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA 27 Sentyabr 2021, 11:02 Ermənistanın müharibədəki itkiləri barədə YENİ MƏLUMAT 27 Sentyabr 2021, 11:01 Xudavəng monastırında şəhidlərin xatirəsi yad olunub 27 Sentyabr 2021, 10:56 Müharibənin bir ili: Ermənilər nə düşünür? 27 Sentyabr 2021, 10:51 Spiker Anım Günü ilə bağlı paylaşım etdi 27 Sentyabr 2021, 10:46 Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03
SORĞU Hansı vaksinə etibar edirsiniz?