Modern.az

Qurban Sadıqova ağır itki

Qurban Sadıqova ağır itki

7 May 2021, 11:22

Nazirlər Kabinetinin əməkdaşı Qurban Sadıqova ağır itki üz verib.

 

Modern.az saytının məlumatına görə, Qurban Sadıqovun qayınanası Firəngiz Məmmədova bu gün vəfat edib.

 

Fİrəngiz Məmmədova 1953-cü ildən etibarən Şuşa Şəhərində fəaliyyət göstərən 4 nömrəli tam orta məktəbdə müəllimə işləyib.

 

1992-ci il 8 May tarixdən, Şuşa Şəhərinin işğalından sonra ailə üzvləri birlikdə məcburi köçkün kimi müvəqqəti olaraq Bakı şəhərində məskunlaşıb.

 

Həmin vaxtdan pedaqoji fəaliyyətini Binəqədi rayonu əraizisində Şuşa Şəhər tam orta məktəbində davam etdirib.

 

Son bir ildə iki dəfə insult keçirən Firəngiz Məmmədova 2021-cil 7 may tarixində dünyasını dəyişib.

 

Firəngiz Məmmədova Şuşanın ən yaxşı pedaqoqu və ziyalısı kimi tanınıb.

 

Təəccüblüdür ki, mərhumənin həyat yoldaşı, Böyük Vətən Müharibəsi iştirakçısı Məmməd Məmmədov da 1989-cu ilin elə bu günü, mayın 7-də dünyasını dəyişib.

 

Firəngiz Məmmədova bu gün dəfn olunacaq. COVİD – 19 pandemiyası ilə əlaqədar hüzr mərasimləri keçirilməyəcək.

 

Allah rəhmət eləsin...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...