Modern.az

Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var

Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var

Aktual

10 May 2021, 08:58

Bakıda yanğın hadisəsi olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verib.

 

Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 64 m² olan mənzildə ev əşyaları 4 m² sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır