Modern.az

“Şuşa Bəyannaməsinin media sahəsini də əhatə etməsi çox vacibdir” - Qlobal Jurnalistlər Birliyinin sədri

“Şuşa Bəyannaməsinin media sahəsini də əhatə etməsi çox vacibdir” - Qlobal Jurnalistlər Birliyinin sədri

16 İyun 2021, 13:51

“Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsinin media sahəsini də əhatə etməsi son dərəcə sevindiricidir”.

Bu sözləri Modern.az-a Qlobal Jurnalistlər Birliyinin rəhbəri, türkiyəli jurnalist Mehmet Ali Dim deyib. O qeyd edib ki, iki ölkə arasındakı əlaqələrdə medianın önəmi danılmazdır:


“Türkiyə ilə Azərbaycan mətbuatı həmişə dediyimiz kimi bir mediadır. Necə ki, “bir millət iki dövlət” deyirik, mediamızın da bir olduğunu qəbul etməliyik. Türkiyədə baş verən bütün problemlərlə bağlı Azərbaycan mətbuatı necə dəstək nümayiş etdirdisə, Türkiyə mediası da elə son hadisələrdə, 44 günlük müharibə dönəmində Azərbaycanın arxasında durdu. Başqa sözlə, iki ölkənin mediası arasında belə bir anlaşmanın olması önəmlidir”.


Mehmet Ali Dim Şuşa Bəyannaməsinin uğurlu olması üçün beynəlxalq media təşkilatlarını, o cümlədən iki ölkə əhatəsində fəaliyyət göstərən Qlobal Jurnalistlər Birliyi kimi qurumların önə çıxmasını vacib sayır:


“Qeyri-hökumət təşkilatlarının önəmli bir hissəsinin bu missiyaya daxil edilməsi lazımdır. Ona görə, Qlobal Jurnalistlər Birliyi olaraq Azərbaycanın yanında bir çox fəaliyyətimiz oldu. Bunu ən yaxşı bilən də Azərbaycanın hazırkı dövlət və hökumət təmsilçiləri, media nümayəndələri, dostlarımızdır. Onlar çox yaxşı bilirlər ki, bu missiyanı onsuz da üstlənmişdik. Anlaşma olmazdan öncə də lazım olan fəaliyyətimizlə göz önündəydik. Şuşa Bəyannaməsi daha bir bağlayıcı rol oynayacaq və bizim təkanverici qüvvəmiz olacaq. Xeyirli olacağına ümid edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır