Modern.az

UEFA prezidenti Bakıya gəldi

UEFA prezidenti Bakıya gəldi

16 İyun 2021, 16:34

UEFA-nın prezidenti Aleksander Çeferin “Avro-2020”nin A qrupu çərçivəsində keçiriləcək Türkiyə-Uels oyununu izləmək üçün Bakıya gəlib.

Modern.az xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.


İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1.


Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub