Arxiv
17 İyun 2021, 08:40 | PARLAMENT
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO

Müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə indiyə kimi 6 dəfə seçki keçirilib. Hər dəfə 125 deputatdan formalaşmış parlament üzvlərinin hamısı təbii ki, yadda qala bilməz… Çünki onların hamısı aktiv fəaliyyət göstərməyib. Hətta elə deputat olub ki, mandat daşıdığı 5 il boyunca plenar iclaslarda nə bircə dəfə çıxış edib, nə hansısa təklif irəli sürüb, nə müzakirələrə qatılıb, nə də seçicilərini yada salıb. Sadəcə,  səsvermə zamanı düyməni basmaqla işini bitmiş hesab edib.

Bu səbəbədən də sabiq deputatların arasında cəmiyyədə tanınanlar da olub, tanınmayanlar da…

Modern.az saytı yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə Milli Məclisin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Milli Məclisə bitərəf kimi seçilmiş Zakir Zeynalovdur.


O, I və II çağırış Milli Məclisin fəal deputatlarından biri olub. Həmin dövrün parlament jurnalistləri mərhum Zakir Zeynalovu yəqin ki, yaxşı xatırlayırlar. Çünki Zakir Zeynalov Milli Məclisin ən nüfuzlu və samballı üzvlərindən biri sayılırdı.

Z.Zeynalovun adının qarşısında xeyli titul yazılırdı - Hüquq elmləri doktoru, baş ədliyyə müşaviri, Milli Məclisin vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədr müavini, tanınmış ictimai-siyasi xadim…

87 saylı Tovuz şəhər seçki dairəsini Milli Məclisdə təmsil edən Zakir Zeynalov I çağırışda komissiya sədri, II çağırışda isə vitse-spiker olub.

Zakir Əlixan oğlu Zeynalov 1939-cu ilin martın 21-də Tovuz rayonunun Mülkülü kəndində  anadan olub. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 1962-ci ildə ali təhsilini fərqlənmə ilə başa vurub. 1962-1964-cü illərdə Qazax və Naxçıvan Muxtar Respublikasının Şərur rayon prokurorluqlarında müstəntiq işləyib. Zakir Zeynalov 1964-1967-ci illərdə Rusiya Elmlər Akademiyası Dövlət və Hüquq İstitutunun aspiranturasında oxuyub.


O, 1967-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib.
Zakir Zeynalov 1970-1972-ci illərdə respublika prokurorluğunun Ümumi nəzarət idarəsinin prokuroru, 1972-1976-cı illərdə Zaqatala rayon prokuroru, 1976-1977-ci illərdə Respublika prokurorluğunun Ümumi nəzarət idarəsinin rəisi vəzifəsində çalışıb.

1977-1981-ci illərdə Respublika prokurorluğu İstintaq idarəsinin rəisi və respublika prokurorunun müavini vəzifəsində işləyib.

1981-1989-cu illərdə Bakı şəhərinin Sabunçu rayonunda, 1989-1992-ci illərdə Sumqayıt şəhərində prokuror, 1992-1993-cü illərdə Laçın rayonunda prokuror köməkçisi, 1993-1995-ci illərdə isə Gəncə şəhərində prokuror işləyib.

Zakir Zeynalov 1995-ci ildə Respublika prokurorluğu Daxili İşlər Orqanlarında Qanunların icrasına nəzarət idarəsinin rəisi işləyib. Həmin il deputatlığa namizədliyi ilə əlaqədar öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

1995-ci ildə bitərəf namizəd kimi 87 saylı Tovuz seçki dairəsindən Milli Məclisə deputat seçilib.
Hüquq elmləri doktoru Z.Zeynalov I çağırış parlamentdə Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri olub.


2000-ci ildə ikinci dəfə 87 saylı Tovuz seçki dairəsindən Milli Məclisə deputat seçilən Z.Zeynalov bu dəfə parlamentin rəhbərliyində - vitse-spiker kreslosunda əyləşib. O, həm də Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri kimi də fəaliyyətini davam etdirib.


Zakir Zeynalov Azərbaycan Respublikasının Konstitusiyasının və bir sıra qanunların hazırlanmasında yaxından iştirak edib.


1995-ci ildən etibarən o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin şəxsi vəkili olub.


Zakir Zeynalov ölkənin ictimai işlərində də daim böyük təşəbbüs göstərib. Z.Zeynalovu tanıyanlar onu təvazökar, zəhmətsevər insan kimi xarakterizə edirlər. Dostlarının xatirələrində işgüzar, qayğıkeş, mehriban, hamıya əl tutmağı sevən, qohumcanlı, dostsevər şəxs kimi kimi qeyd edilir.

Bildirilir ki, Zakir Zeynalov dövlət əhəmiyyətli layihələrin icrasında üzərinə düşən işin öhdəsindən həmişə bacarıqla gəlib. 

6 dekabr 2000-ci il tarixində parlamentdəki iş otağında özünü pis hiss edən Z.Zeynalovun üstünə dərhal həkim briqadası çağrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Vitse-spiker ürəktutmasından vəfat edib.


Zakir Zeynalov Milli Məclisin vitse-spikeri kimi cəmi üç iclasda iştirak edə bildi.

Mərhum Zakir Zeynalov deputat olmazdan əlavə, həmçinin sənətə, ədəbiyyata, musiqiyə böyük dəyər verib. Bir çox şeirlərin və mahnıların müəllifidir. Bəzi bəstələri tanınmış sənətçilər tərəfindən ifa olunur.


Zakir Zeynalovun üç övladı vardı.


Qızı Qəmər Zeynalova həkimdir.


Böyük oğlu Adil Zeynalov Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. 2018-ci ilin fevral ayında Türkiyənin İstanbul şəhərindəki “Florence Nightingale” xəstəxanasında müalicə alarkən dünyasını dəyişib.


Kiçik oğlu Nazim Zeynalov hazırda prokurorluq sistemində çalışır.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40 Sentyabrda məktəblər açılacaq? - Nazirdən cavab 4 Avqust 2021, 19:33