Arxiv
19 İyun 2021, 11:15 | AKTUAL
Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu

Tarixdə şəxsiyyətlərin rolu bütün zamanlarda dartışılan, həssas mövzulardan biri olub. Dünyanın keçdiyi təkamül prosesinin istənilən mərhələsində, ictənilən ictimai formasiya çərçivəsində liderlik zirvəsinə ucalan tarixi şəxsiyyətlərin dəyərləndirilməsi bəzən  onilliklər, hətta əsrlər tələb edib.

Böyük şəxsiyyətlərin  danılmaz xidmətlərinə münasibət heç də həmişə adekvat və obyektiv olmayıb. Onların bir çoxu sağlığında öz müasirləri tərəfindən ya başa düşülməyiblər, ya da siyasi qısqanclığa görə qərəzli yanaşma ilə üzləşiblər. Bu cür nümunələr tarixdə yetərincədir, istənilən cəmiyyətin həyatında onlara rast gəlmək mümkündür. Ədalət tərəzisinin əyilməsinə fərqli motivlərlə bəraət qazandırmağa cəhd göstərilsə də, müəyyən zaman kəsiyindən sonra həmin motivlər puç olub, iflasa uğrayıb. Çünki, mayasında paxıllıq, xəbislik, ən yüngül halında isə müasirlərinin elementar qısqanclığı dayanıb. Ola bilsin ki, elm, incəsənət və mədəniyyət xadimləri yaşadıqları dövrdə, həqiqətən, başa düşülmədiklərinə görə layiq olduqları dəyəri ala bilməyiblər. Lakin ictimai və dövlət xadimləri, siyasi liderlər öz həmkarlarının qısqanclığına daha çox məruz qaldıqlarından, onların ictimai dəyərləndirilməsi əksər hallarda gecikib, buna uzun zaman gərək olub. Uduzan və itirən isə həmin tarixi şəxsiyyətlər deyil, mənsub olduqları cəmiyyətlər, yaşadıqları ictimai-siyasi quruluşlar olub...

 

Böyük Türk dünyası bizlərə doğma olduğu üçün, uzaq zamanlara getmədən, müasir dövrümüzdəki  nümunələrə diqqət yetirsək, kifayətdir. Təkcə ərazi bütövlüyümüzü deyil, milli qürurumuzu da hədəf seçən erməni işğalına son qoymaq üçün 28 il lazım oldu. Son iki əsrlik tariximizdə ilk dəfədir ki, itirdiyimiz, zorla əlimizdən alınan ərazilər geri qaytarılıdı: şəhidlərimizin və qazilərimizin həyatı-qanı bahasına, Azərbaycan əsgər və zabitinin şücaəti və fədakarlığı sayəsində, xalqımızın tarixi birliyi hesabına . Amma  Müzəffər Sərkərdə qabiliyyəti, Ali Baş Komandan qətiyyəti olmadan, bu cür qələbələr ərsəyə gəlmir. Müasir dünya idarəçiliyindəki ziddiyyətləri, ikili standartları, məlum fobiyalar üzündən ayrı-seçkilik faktlarını da nəzərə alsaq, görərik ki, siyasi lider keyfiyyətləri olmadıqda, hərbi qələbələr də mümkünsüz olur. Yəni, tarixdə şəxsiyyətlərin rolu ilə bağlı məsələ yenə də önə çıxır.

 

Təəssüf ki, ötənlərdən nəticə çıxarmayan, ibrət almayanlar  hələki var, xüsusən, siyasət camiyəsində. Onların yanaşmasına görə, nə olursa-olsun, Qələbənin altına kimin imzası yazılırsa-yazılsın, təki bir nəfərin-siyasi Liderin Qələbədəki rolu gündəmə gəlməsin, yada düşməsin, hətta ümumi qələbəmizə kölgə salmaq bahasına olsa belə... Yeganə səbəb qısqanclıq və siyasi cılızlıqdır. Anlaşılsın deyə, Konfutsinin bu kəlamını xatırlatmağı gərəkli hesab etdim: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”. Prezident İlham Əliyev-Böyükdür, Böyük Rəhbərdir. Bu həqiqəti həmin siyasi qısqanclar, nəhayət, dərk və qəbul etməlidirlər. Kimsə tarixi həqiqəti qəbul etməkdə çətinlik çəkəcəksə, məhz belələri üçün Əbu Turxanın bu deyimini yada salmağı faydalı hesab edirəm: “Miskinlər öz həndəvərində hansısa bir dahinin mövcudluğuna dözə bilmirlər”. Amma xalqımız çox müdrikdir, yəqin, miskinlərin də çarəsini tapar...

 

İyunun 15-də qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa, qədim mədəniyyət beşiyimizə-Şuşaya səfər etdi. Xalqımız həmin səfəri xüsusi həssaslıq və səbrsizliklə gözləyirdi. Məhz Milli Qurtuluş Günündə baş verən bu tarixi hadisə bir daha sübut etdi ki, xalqımız gözləntisində yanılmayıb. Prezident İlham Əliyev bütün dünyanın gözü qarşısında Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimini Şuşada keçirdi. Elə həmin gün, Qars müqaviləsindən 100 il sonra, Şuşa Bəyannaməsi-Müttəfiqlik haqqında Bəyannamə imzalandı. Ərazi bütövlüyümüzün və dövlət müstəqilliyimizin daha etibarlı qorunmasına təminat verən bu hüquqi-siyasi sənədin əks-sədası, Prezidentimizin dediyi kimi, hələ uzun illər eşidiləcək. Çünki, əsrlər əvvəl arzu olaraq yaşatdığımız hədəf gerçəkləşib.

 

Səhəri gün hörmətli Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə tarixi çıxış etdi. Müttəfiqliyimizə qısqanclıqla yanaşanlara, bu səbəbdən kin-kidurət və nifrət içərisində boğulanlara, “gözləri olub-görməyənlərə”, “qulaqları olub-duymayanlara” öz ismarıcını göndərdi. Heç şübhəsiz ki, bu mesajlar  Ermənistan və havadarlarını hər zaman səksəkədə saxlayacaq...

 

Təəssüf ki, Prezident Rəcəb Tayyib Ərdoğan kimi Böyüklər də qardaş Türkiyədə zamanında siyasi qısqancların hədəfinə tuş gəlib, hətta bir şerə görə məhbəs həyatını yaşamalı olub. Türkiyə Cumhuriyətinə və Türk dünyasına göstərdiyi əvəzsiz xidmətlərə rəğmən, bugünün özündə belə, o, yenə də siyasi qısqancların hədəfindədir. Oradakı bəzi qardaşlarımız unudurlar ki, Türk dünyasında Atatürk, Heydər Əliyev, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev  və bu miqyasda olan başqa tarixi şəxsiyyətlərimizin varlığı kənardakı bədxahlarımızın rahatlığını çoxdan pozub. Xalqlarımızın və dövlətlərimizin maraqlarını onların məkrli niyyətlərindən qətiyyətlə qoruduqları üçün, belə şəxsiyyətlərin həyat və sağlamlığı hər zaman təhlükə altında olub, indi də belədir. Çünki, onlar böyük Türk dünyasının önündə dayanan, təhdid və təzyiqləri, hədə və zərbələri açıq gözlə qarşılayan  Fatehlərdir. Axı, niyə bizlər dünya tarixindəki yanlışlıqlardan nəticə çıxarmamalıyıq, öz tarixi şəxsiyyətlərimizə zamanında dəyər verməməliyik?!

 

Doğru nəticə çıxara bilməyimiz üçün, sonda məşhur yazıçı və tənqidçi Anatol Fransın bu kəlamını yada salıram: “Ən nadir mərdlik-fikir mərdliyidir”. Bizlərə yaraşan da belə mərdlikdir-şəxsiyyətlərin tarixi xidmətlərinin zamanında etirafıdır. Çünki, Heyne deyirdi ki: “Qəhrəmanlar gedəndə səhnəyə təlxəklər çıxır”. Buna isə, əsla yol vermək, düşmənlərimizi və bədxahlarımızı sevindirmək olmaz.

 

Ülvi Quliyev                                                                                     

Milli Məclisin deputatı

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00 Bodrumda daha bir meşə yanğını 31 İyul 2021, 14:52 İranda bir gündə 286 nəfər COVID-19-dan öldü 31 İyul 2021, 14:44 FHN-də yanğınla bağlı müşavirə keçirildi 31 İyul 2021, 14:37 56 cinayətin üstü “isti izlər”lə açıldı 31 İyul 2021, 14:30 İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi 31 İyul 2021, 14:25 Onlayn "patı" satan şəxs saxlanıldı - VİDEO 31 İyul 2021, 14:23 53 deputatdan Eldəniz Səlimovla bağlı spikerə MÜRACİƏT 31 İyul 2021, 14:22 Eldəniz Səlimov yoxa çıxıb - Deputatlar da onu tapa bilmir 31 İyul 2021, 14:19 ADU-da Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTOLAR 31 İyul 2021, 14:16 Ermənistanın növbəti yalanı: MN açıqlama yaydı 31 İyul 2021, 14:09 Xaricdə təhsil almış məzunlar Ağdama gediblər 31 İyul 2021, 14:02 Ərdoğan yanğın bölgələrinə gedir 31 İyul 2021, 13:55 Azərbaycan yanğınsöndürənləri Türkiyənin ən qaynar nöqtəsində - FOTO 31 İyul 2021, 13:49 Putin yanğına görə Ərdoğana zəng vurdu 31 İyul 2021, 13:48 Dənizdə batan şəxsin meyiti tapıldı 31 İyul 2021, 13:43