Arxiv
23 İyun 2021, 09:06 | AKTUAL
Polis vətəndaşa qarşı zor tətbiq edib? - Rəsmi cavab

Polis Şəmkirdə saxlanılan şəxs barədə sosial şəbəkələrdə yayılan məlumatlara rəsmi münasibət bildirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə Şəmkir rayon sakini Tural Zeynalovun qanunsuz olaraq saxlanılması, ona və digərlərinə qarşı zor tətbiq olunması barədə yayılan iddialar əsassızdır və böhtan xarakterlidir.

 

Qeyd edilib ki, iyun ayının 21-də Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində fəaliyyət göstərən “Qoşa Qala” restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları restorana gəldikdə, restoran sahibi əvvəlcə obyektin qapılarını bağlayaraq, asayiş keşikçilərinin qanuni fəaliyyətinə mane olub, sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə mane olub, onlara zor tətbiq edərək xuliqanlıq hərəkətləri edib. RPŞ əməkdaşları qanunla müəyyən edilmiş qaydada T. Zeynalovu saxlayaraq, polis şöbəsinə gətirib, lakin sonuncu söyüş söyərək və zor tərbiq edərək xuliqanlıq hərəkətlərini davam etdirib.

 

Tural Zeynalov barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Qeyd edilir ki, T.Zeynalovun obyektində bundan əvvəl də 7 dəfə karantin rejiminin pozulması aşkar edilərək barəsində inzibati tədbir görülüb. Bundan başqa o, polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, komendant rejimini və karantin qaydalarını pozduğuna görə, barəsində İnzibati Xətalar məcəlləsinin 510 (Xırda xuliqanlıq), 517 (Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması), 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək, protokol tərtib edilməklə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T. Zeynalov 15 sutka inzibati həbs olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saatlıda maşından 22 minlik oğurluq edildi   4 Avqust 2021, 13:20 “Jirinovski özünə hörmət qoymur, klounluq edir” 4 Avqust 2021, 13:07 Arutunyan: “Rus qoşunları olmasaydı, vəziyyət tam başqa olacaqdı” 4 Avqust 2021, 12:57 Sabahın hava PROQNOZU 4 Avqust 2021, 12:53 Eldəniz Səlimovun mandat məsələsi necə olacaq?  4 Avqust 2021, 12:50 Qətlə yetirilən Sevinclə bağlı yeni faktlar: Əri ilə barışıbmış... 4 Avqust 2021, 12:45 Müdafiə Nazirliyindən kadr dəyişikliyi barədə iddialara CAVAB 4 Avqust 2021, 12:40 Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək 4 Avqust 2021, 12:36 Yeganə Əmiraslanovanın saxlanılması xəbərinə rəsmi REAKSİYA 4 Avqust 2021, 12:32 Lənkərandakı meşə yanğını söndürüldü 4 Avqust 2021, 12:26 Qaxda 21 yaşlı gənci ilan sancıb 4 Avqust 2021, 12:20 Şəhid polkovnikin xanımı: “İlk görüş yerimiz Şəhidlər Xiyabanı olub” - MÜSAHİBƏ 4 Avqust 2021, 12:14 Sərhədçilərimizi öldürən İran vətəndaşının məhkəməsi başlayır 4 Avqust 2021, 12:08 FHN-dən Lənkərandakı yanğınla bağlı AÇIQLAMA 4 Avqust 2021, 12:02 Paşinyan Rəisinin andiçməsinə qatılacaq 4 Avqust 2021, 11:56 Deputat: “Eldəniz Səlimovla danışmamışam” 4 Avqust 2021, 11:50 Paşinyanın istefasını tələb edən general İŞDƏN ÇIXARILDI 4 Avqust 2021, 11:44 Xaricdə təhsil almış daha 38 nəfərin diplomu tanınmadı 4 Avqust 2021, 11:38 Goranboyda yeni yaşayış binası tikilir - FOTOLAR 4 Avqust 2021, 11:32 Ağdaşda “patı” əməliyyatı - saxlanılan var 4 Avqust 2021, 11:26 Makron ermənilərə müraciət etdi: “Həmişə yanınızdayıq” 4 Avqust 2021, 11:20 Aqrar universiteti magistratura səviyyəsi üzrə qəbul planı açıqlandı 4 Avqust 2021, 11:15 Ermənistan parlamenti yeni vitse-spiker seçdi 4 Avqust 2021, 11:10 Avqustda hava necə olacaq? - Proqnoz 4 Avqust 2021, 11:04 Fəzail Ağamalı: “Eldəniz Səlimov islah olunmalıdır” - VİDEO 4 Avqust 2021, 10:58 Azərbaycan nefti ucuzlaşdı 4 Avqust 2021, 10:52 Lənkəranda "patı" satan qadın və 5 nəfər saxlanıldı 4 Avqust 2021, 10:46 Ermənilər Qarabağda yeni kənd salır – FOTO 4 Avqust 2021, 10:40 Saxta əlillik pensiyası düzəldən baş həkimə cinayət işi açıldı 4 Avqust 2021, 10:36 “Hadrut fatehi”nin qızı: “Sonuncu dəfə atamla loto oynamışdıq...”  - FOTOLAR 4 Avqust 2021, 10:30 Deputat qızına toy etdi - VİDEO 4 Avqust 2021, 10:26 Terrorizmi maliyyələşdirən qanunsuz biznesin qarşısı alınmalıdır 4 Avqust 2021, 10:22 “Türkiyə yanğınların vurduğu ziyanı aradan qaldırmaq gücündədir” 4 Avqust 2021, 10:16 Azərbaycan güləşçisinin ilk rəqibi dəqiqləşdi 4 Avqust 2021, 10:10 Göyçayda keçmiş məhkum heroinlə saxlanıldı 4 Avqust 2021, 10:04