Modern.az

Təhsil Nazirliyi sentyabrda ənənəvi tədrisə qayıdacaq? - Rəsmi AÇIQLAMA

Təhsil Nazirliyi sentyabrda ənənəvi tədrisə qayıdacaq? - Rəsmi AÇIQLAMA

14 İyul 2021, 12:50

“Təhsil Nazirliyi növbəti tədris ili üçün pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsini araşdırır və  burada əsas məqsəd ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənməkdir”.

Bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə, müxtəlif ölkələrdə ənənəvi tədrisə qayıtmaq üçün fərqli qaydalar tətbiq olunur:

“Təhsi işçilərinin əksəriyyəti vaksinasiyaya cəlb olunub və proses hazırda davam edir.

Tələbələrin və indiyədək peyvəndlənməyən digər  təhsil işçilərinin vaksin olunması bu prosesin tamamlanması üçün  ən yaxşı yoldur.  Bununla bağlı, sentyabradək həm vaksin olunmayan təhsil işçilərinin, həm də tələbələrin vaksin olunması ilə bağlı miqyasın artırılması əsas məsələ olmalıdır”.

Təhsil Nazirliyi bu mövzuda cəmiyyətin bütün maraqlı tərəflərini  öz səylərini birləşdirməyə çağırıb.

 
“Unutmayaq ki, ənənəvi təhsilə qayıtmağın yeganə yolu vaksinasiyadan keçir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?