Modern.az

Starmerə görə sammit təxirə salındı

Starmerə görə sammit təxirə salındı

Dünya

23 İyun 2026, 03:46

Avropa Şurasının prezidenti Antonio Kosta Böyük Britaniyanın Baş naziri Keir Starmerin istefasından sonra 22 iyulda keçirilməsi planlaşdırılan Aİ-Böyük Britaniya sammitinin təxirə salınması qərarını açıqlayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kosta mətbuat konfransında "indi bunu təxirə salmalı olacağıq" deyə bildirib.

Kosta ümid edir ki, Starmerin varisi Aİ ilə Böyük Britaniya arasında münasibətlərin yenidən qurulması kursu üzərində işləməyə davam edəcək.

Xatırladaq ki, sammitdə krallıq və ittifaq arasında əməkdaşlıq məsələlərinin, xüsusən də kənd təsərrüfatı və ticarətlə bağlı məsələlərin müzakirəsi planlaşdırılırdı.

İyunun 22-də Starmer istefa vermək niyyətində olduğunu açıqlayıb.

Sizə yeni x var
Keçid et
Bakıdan Rusiyanın nüfuzuna ŞİLLƏ - Kremlə gözdağı verildi