Arxiv
18 İyul 2021, 21:51 | ÖLKƏ
"Minsk qrupunun oynadığı rola hörmət bəsləyirik, lakin..." - Şarl Mişel

"Mən həqiqətən də vəziyyətlə əlaqədar və mümkün sülh sazişi çərçivəsində irəliləyişə nail olmaq üçün işin aparılmasının əhəmiyyəti ilə bağlı Ermənistan hökuməti, Ermənistanın baş naziri ilə müfəssəl müzakirələr aparmışam. Mənim belə bir imkanım oldu, biz çox konkret və aydın müzakirələr apardıq, regionda daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması üçün tərəfimizdən hansı elementlərin nəzərə alınmalı olduğu barədə söhbət etdik".

 

Modern.az xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib:

 

"Mənim həm də Azərbaycan Prezidentinə mesajları çatdırmaq imkanım oldu. Mən həm Azərbaycan Prezidentinə, həm də Ermənistan baş nazirinə Avropa İttifaqının mümkün qədər müsbət və konstruktiv rol oynamağa hazır olduğunu bildirdim. Əlbəttə ki, biz Minsk qrupunun oynadığı rola hörmət bəsləyirik. Lakin bu, Avropa İttifaqı tərəfindən müəyyən mütəxəssis biliyi, dəstək və ideyaların təmin edilməsinin və daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması, regionda dayanaqlı sülhün bərqərar olmasından əmin olmaq üçün müəyyən mümkün irəliləyişlərə dəstək verilməsinin mümkün olmaması anlamına gəlməməlidir".

 

Şarl Mişel hesab edir ki, Avropa İttifaqı öz növbəsində regional tərəfdaşlıq çərçivəsində qarşılıqlı təmasları təşviq etməlidir:

 

"Bu məqsədlə, fərqli mövqeləri anlamaq üçün dünən mən Ermənistanın hakimiyyət orqanları ilə, bu gün isə Azərbaycan Prezidenti ilə bu məsələlərin təfərrüatlarını müzakirə etdim. Məndə belə bir təəssürat var ki, infrastruktur imkanlarını gücləndirmək məqsədilə ümumi məxrəcə gəlmək imkanları mövcuddur. Əlbəttə, digər rəylər və narahatlıqlar var və onlar aydınlaşdırılmalıdır. Bununla biz dialoqu, qarşılıqlı anlaşmanı nəinki Ermənistanla, eləcə də aidiyyatı olan digər ölkələrlə təşviq etmək istəyirik. Beləliklə, təmasların qurulması səylərinə dəstək verə bilərik. Ümidvaram ki, mən bu məsələni, həmçinin sabah Gürcüstanın hakimiyyət orqanları ilə müzakirə edəcəyəm".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA 27 Sentyabr 2021, 11:02 Ermənistanın müharibədəki itkiləri barədə YENİ MƏLUMAT 27 Sentyabr 2021, 11:01 Kəlbəcərdə Xudavəng monastırında şəhidlərimizin əziz xatirəsi yad olunub 27 Sentyabr 2021, 10:56 Müharibənin bir ili: Ermənilər nə düşünür? 27 Sentyabr 2021, 10:51 Spiker Anım Günü ilə bağlı paylaşım etdi 27 Sentyabr 2021, 10:46 Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03 Prezident Xalqa müraciət edir - VİDEO 27 Sentyabr 2021, 10:00 Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI 27 Sentyabr 2021, 09:55 Qələbəmizin memarı 27 Sentyabr 2021, 09:50 Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı 27 Sentyabr 2021, 09:47 Heydər məscidində şəhidlərin xatirəsi anılıb 27 Sentyabr 2021, 09:44 Azərbaycan Ordusunun inamlı Qələbəsi 27 Sentyabr 2021, 09:40 Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO 27 Sentyabr 2021, 09:35 Şeyxülislam: Beynəlxalq hüququn edə bilmədiyini Ordumuz etdi 27 Sentyabr 2021, 09:33 Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri 27 Sentyabr 2021, 09:31 Bakıda səkkiz mağaza yanıb 27 Sentyabr 2021, 09:28 Professor Buludxan Xəlilov vəfat edib 27 Sentyabr 2021, 09:22 İstanbulda Vətən müharibəsi şəhidləri anılıb - FOTOLAR 27 Sentyabr 2021, 09:16 Dini məbədlərdə Şəhidlərin ruhuna dualar oxunur 27 Sentyabr 2021, 09:08 Xarici valyutaların manata qarşı məzənnələri 27 Sentyabr 2021, 09:06
SORĞU Hansı vaksinə etibar edirsiniz?