28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
25 İyul 2021, 13:22 | AKTUAL
Şəhid xanımından jurnalistlərin binası ilə bağlı təklifə MÜNASİBƏT

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Orucova Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunan üçüncü binadakı mənzillərin şəhid ailələrinə, qazilərə verilməsi təklifinə və bu haqda sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib.

 

Modern.az-a açıqlama verən Sevinc Orucova deyib ki, şəhid mövzusu həssas olduğundan bu barədə təklif irəli sürərkən, fikir bildirərkən diqqətli olmaq, dərin düşünmək lazımdır.

 

“Şəhid adına təklif edəndə, şəhid ailəsi üçün nə isə etmək istəyəndə dərin düşünməlidirlər ki, kimdən nəyi alıb, kimə bəxş edirik. Müzakirə başlayan ilk gündən bildirdim ki, şəhid ailələrinə, qazilərə belə yanaşmayın. Bu nə bizim, nə də sizin haqqınızdır.

 

Həssas təbəqəyə aid olan ailələrə xüsusi diqqət olmalıdır, sözsüz. Amma kiminsə payından kəsərək, şəhid ailəsinə vermək, məncə, düzgün deyil.

 

Hələ dekabr ayının əvvəlində Prezidentin tapşırığı ilə məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillər şəhid ailələrinə ayrıldı. Bakıda belə evlər kifayət qədərdir. Bakıda ayrılan evlər yalnız paytaxt qeydiyyatında yaşayan şəxslər üçün nəzərdə tutula bilər”.

 

Sevinc Orucova şəhid ailələrinin bir binada məskunlaşması fikri ilə razılaşmadığını vurğulayıb:

 

“Körpə və ya xəstələrin, davamlı müalicə alan uşaqların olduğu şəhid ailələri də var. Şəhid xanımları təkbaşına uzaq bir yerdən uşağını müalicəyə aparıb, gətirə bilməyəcək. Metrolara yaxın, şəhərə yaxın yerlərdə onlara mənzil ayrılsa, daha rahat olardı. Xüsusilə, hamını bir yerə yığmaqla deyil, adi, sıravi qonşuların əhatəsində yerləşdirmək daha düzgündür. Bakıda böyük maqnatların şəhərin mərkəzi hissələrinə yaxın yerlərində kifayət qədər boş mənzilləri var. Həmin mənzilləri şəhid ailələrinə vermək olar”.

 

Qeyd edək ki, ötən gün bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. Ölkə başçısına müraciət edən şəxslər jurnalistlər üçün inşa olunan üçüncü binadakı mənzillərin torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə və qazilərə verilməsini xahiş ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Bakıda saxta vaksin sənədi verən şəxslərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46 Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq 28 Sentyabr 2021, 09:40 DYP-dən taksi sürücülərinə sonuncu XƏBƏRDARLIQ 28 Sentyabr 2021, 09:36 İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir… 28 Sentyabr 2021, 09:31 Xəzər dənizində köməksiz qalan 3 nəfər xilas edildi 28 Sentyabr 2021, 09:27 Sabahdan universitetlər və kolleclər açılır 28 Sentyabr 2021, 09:22 Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır 28 Sentyabr 2021, 09:17 “Brent” neftin qiyməti 80 dolları ötdü 28 Sentyabr 2021, 09:12 Xarici valyutaların manata qarşı məzənnələri 28 Sentyabr 2021, 09:06 Direktor olmaq istəyənlərin nəzərinə - Müsahibə mərhələsi başlayır 28 Sentyabr 2021, 09:00 Şəmkirdə ağır qəza -1 nəfər öldü 28 Sentyabr 2021, 08:52 Yaddan çıxmış sənətkarlar: Məmurların haqsızlığı ilə üzləşən, ad günündən 3 gün sonra ölən AKTYOR 28 Sentyabr 2021, 08:45 Dünyada COVID-19-a yoluxanların sayı 233 milyonu ÖTDÜ 28 Sentyabr 2021, 08:35 Ərdoğanın Əliyevə zəngi: Soçi görüşünə hazırlıq 28 Sentyabr 2021, 08:31 Bu gün yağış yağacaq - Çaylarda sel olacaq 28 Sentyabr 2021, 08:23 Böyrək daşı xəstəliyinin müalicəsi 28 Sentyabr 2021, 08:11
SORĞU Hansı vaksinə etibar edirsiniz?