Modern.az

BDU-da bıçaqlanan müşavirin vəziyyəti necədir? - AÇIQLAMA

BDU-da bıçaqlanan müşavirin vəziyyəti necədir? - AÇIQLAMA

Aktual

27 İyul 2021, 15:32

“27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib”.

 

BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva Modern.az-a bildirib ki, xəsarət alan hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib:

 

“Hazırda onların vəziyyəti normaldır, həkim nəzarəti altındadırdır. Hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı