Modern.az

Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ

Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ

28 İyul 2021, 12:16

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə fərdi evlərdən təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması hallarına rast gəlinib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Ləkiçıplaq kənd sakinləri Bəylər Həmidov və Altay Qasımov, Cəyirli kənd sakini Zahir Həsrətov, eləcə də Ulaşlı Şıxlı kənd sakini Zaur İsmayılova məxsus fərdi yaşayış evlərində keçirilən toy mərasimlərində iştirak edən qonaqların 50 nəfərdən artıq olduğu müəyyən edilib.

 

Həmin toy sahibləri inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...