Modern.az

Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu

Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə

Hadisə

1 Avqust 2021, 13:34

Ağstafada bədbəxt hadisə baş verib.

 

Modern.az-ın məlumatına görə hadisə rayonun Xətai kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü Orxan Eminov bədənin 2-3 dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

İlkin məlumata görə, 30 yaşlı kişi usta işlədiyi evdə elektrik xəttini düzəldən zaman yanıq xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı