Modern.az

Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq

Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq

4 Avqust 2021, 21:18

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 3 yaşdan 17 yaşa kimi olan uşaq və yeniyetmələr koronavirus əleyhinə vaksin olunacaqlar.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlara Çinə məxsus "Sinopharm" şirkətinin vaksinlərindən vurulacaq. BƏƏ hökuməti artıq 12-15 yaş arası vətəndaşları "Pfizer"lə peyvəndləməyə başlayıb.

 

Qeyd edək ki, Çin "Sinovac Biotech" peyvəndinin 3 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr üçün istifadə oluna biləcəyini təsdiqləyib. /medicina.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi