Modern.az

Müəllimlərin nəzərinə: Vakansiya seçimi başa çatır  

Müəllimlərin nəzərinə: Vakansiya seçimi başa çatır  

Təhsil

14 Avqust 2021, 11:05

2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqəsində Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimi bu gün başa çatır.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, namizədlər avqustun 14-ü saat 11:59-dək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər. Seçimlərdə müvafiq fənlər üzrə 30 və daha yüksək bal toplamış şəxslər iştirak edə bilərlər. Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaq, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməyi unutmamaq tövsiyə olunur. Namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda, onların müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

 

Qeyd edək ki, Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçiminə avqustun 11-də start verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir