Modern.az

İmtahanda uğur qazanmaq üçün ağıllı telefondan imtina etdi

İmtahanda uğur qazanmaq üçün ağıllı telefondan imtina etdi

Təhsil

20 İyul 2026, 16:40

2026-cı il Liseylərə Keçid imtahanında (LGS) bütün sualları düzgün cavablandıraraq Türkiyə birinciləri sırasında yer alan Həmzə İncəbay uğurunun sirrini açıqlayıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, yüksək nəticə qazanmasında müntəzəm hazırlığın, çoxlu sınaq testlərinin, kitab oxumağın və bir il ərzində ağıllı telefon əvəzinə düyməli telefondan istifadə etməsinin mühüm rol oynadığını bildirib.

14 yaşlı Həmzə LGS-yə hazırlığa 7-ci sinifdən başladığını, 8-ci sinifdə isə dərs tempini daha da artırdığını deyib. Onun sözlərinə görə, uğurun əsas şərtləri düzgün hədəf müəyyənləşdirmək, intizamlı olmaq və planlı şəkildə çalışmaqdır.

İmtahana hazırlıq dövründə hər gün mətn üzrə anlama sualları həll etdiyini və mütəmadi kitab oxuduğunu deyən Həmzə sınaq imtahanlarının böyük fayda verdiyini vurğulayıb. O, diqqət səhvlərini azaltmaq üçün sudoku həll etdiyini də qeyd edib.

Uğurlu şagird texnologiyadan istifadəsini də məhdudlaşdırdığını bildirib. Onun sözlərinə görə, 8-ci sinfin əvvəlində ağıllı telefonundan imtina edərək düyməli telefona keçib və bir il ərzində ağıllı telefondan istifadə etməyib. İmtahana yaxın aylarda isə televizora baxmağı da tamamilə dayandırıb.

Gələcəkdə mühəndis olmağı hədəfləyən məktəbli xarici dil biliklərini inkişaf etdirmək istədiyini də bildirib.

14 YAŞINDAKİ HAMZA İNCEBAY, LGS HAZIRLIK SÜRECİNE 7'NCİ SINIFTA BAŞLADIĞINI, 8'İNCİ SINIFTA İSE ÇALIŞMA TEMPOSUNU KADEMELİ OLARAK ARTIRDIĞINI BELİRTEREK,
HAZIRLIK SÜRECİNDE HER GÜN PARAGRAF SORULARI ÇÖZDÜĞÜNÜ, BOL BOL KİTAP OKUDUĞUNU SÖYLEYEN İNCEBAY, DENEME SINAVLARININ BÜYÜK KATKI SAĞLADIĞINI SÖYLEDİ.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR