Modern.az

BDU-nun hüquqşünaslıq ixtisasında plan yeri ARTIRILIB

BDU-nun hüquqşünaslıq ixtisasında plan yeri ARTIRILIB

Təhsil

17 Avqust 2021, 14:55

Bakı Dövlət Universitetlərinin (BDU) III ixtisas qrupuna daxil olan hüquqşünaslıq ixtisasında plan yeri artırılıb.


Modern.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının növbəti sayında bildirilib.

Belə ki, 2021-ci ildə BDU-nun hüquqşünaslıq ixtisasına əyani 310 yer, qiyabi 25 yer, tədris ingilis dilində olan bölməsinə 50 yer (ümumi 385) ayrılıb.

2020-ci ildə isə əyani plan yeri 300, qiyabi 20, tədris ingilis dilində 30 plan yeri (ümumi 350) var idi.


Plan yeri BDU-nun hüquqşünaslıq ixtisasında 35 yer artıb.

BDU-nun hüquqşünaslıq ixtisasında təhsil haqqı 4500 manatdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır