Modern.az

İran İsraildən tələb etdi: qoşunlarını Livandan çıxar!

İran İsraildən tələb etdi: qoşunlarını Livandan çıxar!

Dünya

23 İyun 2026, 14:40

Tehran İsrail Silahlı Qüvvələrinin yaxın vaxtlarda Livan ərazisindın çıxmasını tələb edir.

Modern.az xəbər verir ki, bunu İranın BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndəsi Ali Bahreini bəyan edib.

“Atəşkəs razılaşması İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını da əhatə etməlidir. Bu hələ baş verməyib. İran hesab edir ki, bu addım ən qısa zamanda atılmalıdır”, – deyə Bahreini Cenevrədə jurnalistlərə bildirib.

Qeyd edək ki, iyunun 21-də İsveçrənin Bürgenstock qəsəbəsində İran və ABŞ nümayəndələri arasında Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar keçirilib. Bazar ertəsi səhər İran nümayəndə heyəti İsveçrədən Tehrana qayıdıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bagaei isə İsveçrədə ABŞ ilə aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi