Modern.az

Separatçıların rəhbəri Putinin müşaviri olacaq

Separatçıların rəhbəri Putinin müşaviri olacaq

Dünya

23 İyun 2026, 16:03

Qondarma "Cənubi Osetiya"nın "prezidenti" Alan Qaqloyev vəzifəsindən ayrılıb.

Modern.az xəbər verir ki, Qaqloyev bundan sonra Rusiya Prezidenti Vladimir Putinin müşaviri vəzifəsində çalışacaq.

Məlumata görə, o, "prezident" səlahiyyətlərini könüllü şəkildə təhvil verib və fəaliyyətini Rusiya dövlət strukturlarında davam etdirəcək.

Alan Qaqloyev 2022-ci ildən "Cənubi Osetiya"ya rəhbərlik edirdi. Onun Putinin müşaviri vəzifəsinə təyin olunması regionun Rusiya ilə siyasi inteqrasiyasının daha da güclənməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, "Cənubi Osetiya" beynəlxalq səviyyədə Gürcüstanın tərkib hissəsi hesab olunur. Bununla belə, Rusiya və bəzi digər ölkələr separatçı regionun müstəqilliyini tanıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...