Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ukrayna böhranı” mövzusuna həsr olunmuş 12-ci dəyirmi masa iclasında çıxışı zamanı söyüqş söyüb.
Modern.az xəbər verir ki, “Abzas” nəşrinin məlumatına görə, hadisə Lavrovun Yəməndən olan jurnalisti başqa bir ölkənin media nümayəndəsi ilə səhv salmasından sonra baş verib. Səhvini başa düşən nazir narazılığını kobud ifadə ilə dilə gətirib.
Məlumata əsasən, bu hadisə iclas iştirakçıları arasında diqqət çəkib və mediada geniş müzakirələrə səbəb olub. Lavrovun ifadəsi jurnalistin ünvanına deyil, yaranmış anlaşılmazlığa reaksiyası kimi qiymətləndirilib.
Bundan əvvəl Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini “fürer” adlandıraraq onu “kobud davranışları” səbəbindən danışıqlar prosesini pozmaqda ittiham etmişdi.
Lavrov həmçinin Avropanı qlobal təhlükəsizliyi sarsıtmaqda günahlandırıb və bildirib ki, Brüsselə atəşkəs rejimi Kiyevdə “istəklilər koalisiyası” yaratmaq üçün lazımdır.