Modern.az

Məktəbli formalarının qiyməti dəyişir? - Bakı Tikiş Evindən AÇIQLAMA

Məktəbli formalarının qiyməti dəyişir? - Bakı Tikiş Evindən AÇIQLAMA

Təhsil

8 Sentyabr 2021, 11:00

“Kimlər ki, uşaqlarına biganə deyil, vaxtında məktəbli formalarını alır. Məktəblərin açılması ilə bağlı dünənki qərara qədər də müraciət edənlər var idi, amma düşünürəm ki, qarşıdakı günlərdə tələbat artacaq”.

 

Bunu Modern.az-a “Bakı Tikiş Evi”nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

 

E.Əzimov qeyd edib ki, BTE-nin kifayət qədər xammal ehtiyatı var:

 

“Həmişəki kimi xammalı Türkiyədən almışıq. Tələbat artdıqca, əməkdaşlarımız, dərzilərimiz yeni formaların hazırlanmasını həyta keçirəcək. Bu baxımdan heç bir çətinliyimiz yoxdur”.

 

Onun sözlərinə görə, hazırda BTE-nin mağazalarında bütün ölçülərdə məktəbli formaları satışdadır.

 

Qiymətlərə gəlincə, satış rəisi hər hansı dəyişikliyin olmadığını vurğulayıb:


“I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır