Modern.az

Rusiyadan Əfqanıstanla bağlı ABŞ-a tələb

Rusiyadan Əfqanıstanla bağlı ABŞ-a tələb

Aktual

17 Sentyabr 2021, 08:10

“Əfqanıstanın qarşıdurmalardan sonra yenidən qurulması üçün lazım olan maliyyənin böyük qismini ABŞ və müttəfiqləri öz üzərinə götürməlidir”.

 

Modern.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

“Hər şeydən əvvəl Əfqanıstandakı mövcud vəziyyətə görə son 20 ildir bu ölkədə olan ABŞ və beynəlxalq koalisiya ölkələrinin məsuliyyət daşıdığını əsas götürürük.

 

Məhz bu səbəbdən Əfqanıstanın qarşıdurmadan sonra yenidən qurulması və yaralarının sağalması üçün lazım olan maliyyənin böyük hissəsini bu ölkələr verməlidir”, - XİN rəsmisi bildirib.

 

Zaxarova əfqan qaçqınları hansı ölkələrin qəbul etməli olduğu ilə bağlı sualı da cavablandırıb:

 

“Bu öhdəliyi Əfqanıstanın necə yaşamalı olduğunu bilən, bu ölkənin xalqına vədlər verən, onları bir yerlərə sürükləyən və 20 il boyunca verdiyi vədləri indi həyata keçirməli olan ölkələr öhdələrinə götürməlidirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub